“Növbəti mərhələdə PSJ ilə oynamaq istərdim” Zubir
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın hücumçusu Abdullah Zubir Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışlarını dəyərləndirib.
“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Liqa mərhələsində onun üçün ən yaddaqalan anların “Benfika” və “Ayntraxt Frankfurt” üzərində qazanılan qələbələr olduğunu bildirib:
“Benfika” və “Frankfurt”la oyunlardakı qələbələr mənim üçün ən sevimli anlar idi. Hər iki matçda hesabda geri olmağımıza baxmayaraq, son dəqiqələrdə qol vuraraq qalib gəldik. Bu, fantastik hiss idi”.
Zubir “Liverpul”la matçdan sonra komandadakı əhvaldan da söz açıb O, 6:0 hesablı məğlubiyyətin məyusedici olduğunu deyib.
“Biz xoşbəxtik, amma eyni zamanda, 6:0 hesabı ilə uduzduğumuz oyun da oldu. Ona görə də hər şey mükəmməl deyil”.
Fransalı futbolçu pley-off mərhələsində mümkün rəqiblər barədə də danışıb. Zubir növbəti raundda PSJ ilə qarşılaşmaq istədiyini deyib:
“Mən fransalıyam və növbəti mərhələdə PSJ ilə oynamaq istərdim. Hazırda dünyanın ən güclü komandası olsalar belə, bu mənim üçün xüsusi olardı. Digər mümkün rəqib isə “Nyukasl”dır və onlarla oyun da çox çətin keçər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Yanvar 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















