Icma.az
close
up
RU
Növbəti “Mövsüm Yarmarkası” təşkil olunacaq

Növbəti “Mövsüm Yarmarkası” təşkil olunacaq

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

13-14 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Mövsüm Yarmarkası” baş tutacaq.

"Unikal" xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada 30-a yaxın regiondan iştirak edəcək 60-a yaxın fermer 140-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.

Yarmarka həftəsonu, 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.

Qeyd edək ki, “Mövsüm Yarmarkası”-nda fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri