Icma.az
close
up
RU
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR

Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bu il keçiriləcək sertifikasiya imtahanına tarix fənni də daxildir. Ancaq artıq indidən bəzi tarix müəllimləri narahatdırlar ki, imtahan çətin keçəcək və nəticədə kəsilənlərin sayı çox olacaq.

Maraqlıdır, tarix fənni üzrə sertifikasiyaya cəlb olunacaq müəllimlərin aqibəti necə olacaq?

Modern.az xəbər verir ki, "AzEdu.az"a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, tarix fənni üzrə imtahan da digər fənlərlə təxminən eyni səviyyədə olacaq:

“Ümumiyyətlə, mən sertifikasiya imtahanına belə baxıram ki, müəllim bu imtahandan qorxmamalıdır. Çünki müəllim şagirdin qarşısına çıxır və onun biliyi, bacarığı yüksək səviyyədə olmalıdır ki, şagirdə lazım olan məlumatları düzgün şəkildə ötürə bilsin. Ona görə də hər bir fənn müəllimi öz ixtisası üzrə sertifikasiya imtahanına daim hazır olmalı, qorxmamalı və çəkinməməlidir.

Əksinə, müəllim düşünməlidir ki, bu imtahanda daha yaxşı nəticə əldə edərək əməkhaqqına əlavə qazansın. Bildiyiniz kimi, sertifikasiya nəticələrinə görə 10% və 35% əməkhaqqı artımı nəzərdə tutulur. Bu da müəllimlər üçün əlavə motivasiya olmalıdır. Hesab edirəm ki, tarix fənni üzrə imtahan da digər fənlərlə eyni səviyyədə olacaq. Çətinlik və ya asanlıq baxımından ciddi fərqin olacağını düşünmürəm.

Çünki sualları hazırlayanlar hər fənn üzrə müvafiq metodik birliklərdir. Tarix fənni üzrə də suallar çətin, orta və asan səviyyədə balanslı şəkildə tərtib olunmalıdır. Digər fənlərdə necədirsə, tarix fənnində də eyni yanaşma tətbiq edilir.

Mən sertifikasiya imtahanlarını dəstəkləyirəm. Bu proses bir reallığı ortaya qoydu: bəzi müəllimlərin öz ixtisası üzrə ali təhsili yoxdur və ya ixtisasından kənar sahə üzrə təhsil alaraq müəllimlik edirlər. Hətta ixtisası üzrə müəllim olanların bir qisminin də öz sahəsini yetərincə yaxşı bilmədiyi üzə çıxdı.

Biz hər birimiz övladımızı məktəbə göndərəndə istəyirik ki, ona savadlı, peşəkar müəllim dərs desin. Təhsil sistemi də bunu hədəfləyir: məktəblərdə güclü müəllimlər qalsın. Sertifikasiya imtahanlarının məqsədi də məhz budur.

Müəllim hər zaman özünü inkişaf etdirməlidir. “Mən artıq müəllim oldum, kifayətdir” yanaşması doğru deyil. Dövr müasirləşir, texnologiya sürətlə inkişaf edir və müəllim də bu dəyişikliklərə uyğunlaşmalıdır. Nazirlik də müəllimlərin daim yenilənməsini və müasir tələblərə uyğun dərs keçməsini istəyir.

Belə müəllimlər sertifikasiyadan uğurla keçəcəklər. Digərləri isə imtahandan keçə bilməyərək müəllimlik fəaliyyətindən uzaqlaşa bilərlər. Bu, hər sahədə olduğu kimi, ən bacarıqlının seçilməsi prinsipidir.

Məqsəd öz ixtisasını yaxşı bilən, müasir texnologiyalarla işləməyi bacaran və dövrün tələblərinə uyğun dərs deyən müəllimləri məktəblərdə saxlamaqdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Aprel 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri