Növbəti səyyar görüş Vurğun qəsəbəsində keçirildi FOTOLAR
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Vurğun qəsəbəsində keçirib.
Globalinfo.az bildirir ki, müvafiq qrafikə uyğun olaraq Vurğun qəsəbə tam orta məktəbində təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi vətəndaşları maraqlandıran məsələləri yerində araşdırıb operativ qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir. Qəbulda təklif və müraciətlə çıxış edən qəsəbə sakinləri diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlər nəzarətə götürülüb.
Hər bir məsələ ətrafında məsul şəxslərlə birlikdə müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















