Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500ə qədər tələbənin qəbulu planlaşdırılır
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır.
Bunu Qarabağ bürosuna açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisaslar yaradılacaq. Mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr – kimya, biologiya, fizika və coğrafiya müəllimliyi olacaq. Bundan əlavə, mühəndislik ixtisaslarının da sayı artacaq. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq”, – nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, Universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılıb.
Nazir vurğulayıb ki, növbəti ildən Türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetinə təhsil alması planlaşdırılır. O, növbəti ildə də Qarabağ Universitetində təhsilin dövlət sifarişli olacağını əlavə edib(report)
Baxış sayı:129
Bu xəbər 30 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















