Icma.az
close
up
RU
Novella Cəfəroğlu: “Qənirə Ataşın tərəfini tutacağıq”

Novella Cəfəroğlu: “Qənirə Ataşın tərəfini tutacağıq”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, hazırda ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataş təhlükəsizlik narahatlığı ilə bağlı İnsan Haqları üzrə Monitorinq Qrupuna müraciət edib. 

O, həyatına və ailəsinin təhlükəsizliyinə ciddi təhdidlər olduğunu bildirib. Jurnalist qrupun üzvləri, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadəyə ünvanladığı müraciətində Azərbaycanda apardığı araşdırmalardan sonra təzyiq, təhdid və böhtanlarla üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, Gəncə şəhərində baş verən qanunsuz tibbi müdaxilə və ölüm hadisəsini araşdırdığı üçün, adları konkret hallanan şəxslər tərəfindən davamlı təzyiqlərə məruz qalır. 

Monitorinq Qrupunun bu istiqamətdə göstərəcəyi təşəbbüs ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, həmin müraciətlə hələ tanış deyil: Onun sözlərinə görə, kömək edəcəklər: 

“Müraciətdən mənim xəbərim yoxdur. Nə vaxt müraciət edib? ABŞ-də fəaliyyət göstərərək bizə qarşı olan təşkilatlar deyirlər Azərbaycanda insan haqları pozulur. İndi biz özümüz müraciət edirik ki, bəs necə olur, Azərbaycandan gələn insana qarşı belə bir münasibət var? Məsələ ilə bağlı hələ tam məlumatım yoxdur, lakin araşdırıb dəstəyimizi əsirgəməyəcək. Bu məsələ ilə maraqlanacağıq və əlimizdən gələn köməyi göstərəcəyik. Bu yaxınlarda estetik cərrahlarla bağlı da tədbirlər görüldü. Mən inanmıram ki, bu məsələ ilə əlaqədar kimsə onun ailəsinə zərər verə bilsin. Təbii ki, biz də onun tərəfini tutacağıq və kömək edəcəyik”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Novella Cəfəroğlu Qənirə Ataşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri