Novruz Əzimov: Millimiz yoxlama görüşlərinin heç birində uduzmayacaq
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İstənilən oyun millimiz üçün təcrübədir". Bu sözləri Sport24.az-a açıqlamasında Novruz Əzimov deyib.
Azərbaycan millisinin yoldaşlıq görüşündə üz-üzə gələcək rəqibləri Belarus və Haiti ilə oyunları dəyərləndirən mütəxəssis millimizin bu qarşılaşmalarda məğlub olmayacağını bildirib:
"Yəqin ki, məşqçilər korpusunun bu oyunlarla bağlı planları var. Kimlərisə yoxlayacaqlar. Gələcək üçün hansı yolu tutacaqlarsa, onun üzərində işləyəcəklər. Millimiz yoxlama görüşlərinin heç birində uduzmayacaq. Haiti yığması reytinq cədvəlində yuxarı pillədə olsa da, bu iki görüşün heç birində məğlub olmamalıyıq".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli martın 22-də Sumqayıtda Haiti, 25-də isə Masazırda Belarus yığması ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 07 Mart 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















