Novruz Əzimov: Neftçi turnir cədvəlində istədiyi mövqeyi tuta bilməyəcək
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Neftçi" Misli Premyer Liqasının turnir cədvəlində istədiyi mövqeyi tuta bilməyəcək. Ən yaxşı halda 5-ci yerdə olacaqlar". Bu sözləri Sport24.az-a açıqlamasında Novruz Əzimov deyib.
Əzimov həftəsonu keçiriləcək "Qarabağ" - "Neftçi" oyunundan gözləntilərini açıqlayıb:
"Qarabağ" çempionatdakı bütün komandalardan fərqlənir. İstədikləri vaxt oyuna tam köklənir, heç bir klubumuz onların qarşısında dayana bilmir. Klubun daxilində hansı məqsədləri hədəflədiklərini deyə bilmərəm. Məncə, həm də kuboku qazanmaq istəyirlər. "Neftçi" isə mübarizə apararaq məğlub ola bilər. Uduzmayan komanda yoxdur. Maraqlı oyun olacaq. Düşünürəm "Qarabağ" "Neftçi" qarşısında üstün olacaq".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu aprelin 19-u, saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















