Novruz gəldi, yaz gəldi Ağdamda Novruz coşqusu
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdam, 16 mart, AZƏRTAC
Baharın gəlişi ilə yurdumuz yenidən canlanır, təbiət oyanır, insanların çöhrəsinə sevinc dolur. Xalqımızın ən qədim və sevilən bayramlarından biri olan Novruz ölkəmizin hər yerində olduğu kimi Ağdam rayonunda da böyük coşqu ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsində keçirilən bayram tədbirində tonqal qalanıb, milli mətbəx nümunələri təqdim olunub, qədim xalq oyunları nümayiş etdirilib. Həmçinin kitablar, muzey eksponatları və rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, idmançılar müxtəlif nömrələrlə çıxış edərək məharətlərini göstəriblər.
Respublikanın əməkdar artisti Azad Şükürovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər rayon sakinlərini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın milli-mənəvi dəyərləri içində xüsusi yer tutduğunu vurğulayıblar.
Bayram tədbiri konsert proqramı ilə davam edib. Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Xalq artistləri Mənsum İbrahimov və Gülyaz Məmmədova, Əməkdar artistlər Fehruz Səxavət, Təyyar Bayramov, İlkin Əhmədov, Gülüstan Əliyeva, Elnur Zeynalov, kollecin müəllim və tələbə heyəti və “Nənə Qızlar” folklor ansamblı rəngarəng musiqi nömrələri təqdim ediblər. Novruzun ənənəvi personajları olan Kosa və Keçəlin iştirakı tədbirə xüsusi bayram ovqatı qatıb.
Müxbir – Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 Mart 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















