Icma.az
close
up
RU
Novruz milli birliyə və həmrəyliyə çağırış edir Yeni Gündəm

Novruz milli birliyə və həmrəyliyə çağırış edir Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.

“Əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Belə ki, Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Novruz kimi mənəvi dəyərlərimizin gücü ilə xalqın milli yaddaşı itməyib. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər  Heydər Əliyev bildirmişdir ki, Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.

Artıq beş ildir ki, Novruz bayramını ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində qeyd edirik. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik. Artıq soydaşlarına qovuşan ərazilərimizin say tərkibi artır. Ötən Novruzdan bu günə Şuşa, Xocalı və Cəbrayıl şəhərləri sakinlərinə qovuşublar. Ötən il dövlət başçısı İlham Əliyev Novruz tonqalını Xankəndi şəhərində Zəfər meydanında alovlandıraraq bu məkandan xalqa təbrikində bir daha bildirdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki,  özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir: “Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Qeyd edək ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir”.

Millət vəkili vurğulayıb ki, Novruz insanlara birliyə, həmrəyliyə çağırış edir,  dostluq,  səmimiyyət mühitini formalaşdırır: “Novruz bayramı haqqında mahnılar yazılmış, filmlər çəkilmişdir. Atılan hər bir addım milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, inkişafına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 21 ildən artıq  dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri Azərbaycan gənclərinin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizi, tariximizi qorumaları və inkişaf etdirmələridir. Müasir müstəqil Azərbaycan dövləti dəyərlər üzərində qurulub. Milli dəyərlərin qorunub saxlanması fonunda dövlətimiz daha da qüdrətli olur. Vətənə bağlılıq,  dövlət maraqlarını hər şeydən üstün tutmaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Azərbaycan xalqı zəngin tarixi, milli-mənəvi dəyərləri ilə tanınır. Azərbaycançılıq ideologiyasının təbliği, inkişaf etdirilməsi bütün dövrlərdə əsas çağırışlar sırasındadır”.

Malik Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına hər bir təbriki, keçirilən tədbirlər gələcəyimizlə bağlı çağırışlarla zəngindir. Cənab İlham Əliyev bildirir ki, öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

Millət vəkili vurğulayıb ki, qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan milli birlik rəmzi, bolluq, bərəkət bayramı olan Novruz bayramını bütün sahələrdə qazandığı möhtəşəm uğurları ilə qeyd edir: “Son illərin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurla icra edilməsidir. Bu istiqamətdə atılan addımların miqyası olduqca genişdir.  2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildi. Dövlət başçısı İlham Əliyevin bununla bağlı Sərəncamında qeyd edildiyi kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Hazırda  qalib Azərbaycanın hər bir yerində  Novruz ab-havası yaşanır, davamlı Zəfərlərimiz  bu sevincə  sevinc qatır. Novruz yeni ilin, yeni arzu və istəklərin başlanğıcıdır. Xalqımız dövlətimizin başçısı İlham Əliyevdən “Biz Qərbi Azərbaycana qayıtdıq” müjdəsini gözləyir. Tarixi ədalətə söykənərək bu hədəfə də zamanında nail olacağımıza əminik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 17 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri