Icma.az
close
up
RU
Novruzun Türk dünyasının ümummilli bayramına çevrilməsinə böyük ehtiyac var Araşdırmaçı ekspert

Novruzun Türk dünyasının ümummilli bayramına çevrilməsinə böyük ehtiyac var Araşdırmaçı ekspert

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğan Novruzun Türkiyədə rəsmi bayram elan olunmasına ümid etdiyini bildirib.

 Ankarada hökumət iclasının yekunlarına dair keçirilmiş mətbuat konfransında çıxış edən Türkiyə lideri baharın gəlişi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə diqqət çəkib.

“Bu il Novruz ölkəmizdə xüsusi bayram ab-havasında qeyd olunub. Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik”, - deyə Ərdoğan bildirib və Novruzu bolluq, firavanlıq simvolu adlandırıb.

Onun sözlərinə görə, Türkiyə hökuməti cəmiyyətdə qardaşlığın və həmrəyliyin gücləndirilməsi üzrə səylərini davam etdirəcək. “Təfriqə və nifrət yaradan qüvvələrin maneələrinə baxmayaraq, Novruz gələcəkdə də Türkiyənin 85 milyonluq sakini arasında birliyə dəvət edən yeni ümidin simvolu olacaq”, - deyə Ərdoğan vurğulayıb.

 

Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk “Sherg.az”a bildirib ki, yaxşı hal odur ki, qardaş Türkiyədə Novruz bayramına baxış dəyişir:


“Prosesin dövlət səviyyəsində olması yaxşı vədlərdən xəbər verir. 21 mart Türkiyədə bahar və qardaşlıq bayramı elan edilməsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yöndə çıxışı vəziyyəti müsbət istiqamətə aparacaq. Novruz bayramı Türk dünyasının ümummilli bayramına çevrilməlidir. Buna böyük ehtiyac var. Tarixi nöqteyi-nəzərdən də yanaşsaq, Novruz Türk xalqının birliyini təcəssüm etdirən bayram olub. Novruz bayramının fəlsəfi-ideoloji təməli birlik və həmrəylik üzərində qurulub.  Novruz bayramı bütün rəmzləri ilə Türk dünyasının ümummilli bayramıdır. Türk xalqı təbiətə bağlı olub. Novruz yaxud Ergenekon, ya da Ulus bayramı Türkün oyanışı və dirilişi ilə başlayıb.  XXI əsr "Türk əsri" olduğu üçün milli dəyərlərimizə xidmət edən bayramlarımızı yaşatmalı və ayaqüstə saxlmalıyıq ki, birlik təməlimiz güclü olsun. Məsələyə bu prizmadan yanaşmalıyıq. Türkiyə prezidenti Ərdoğanın təklifi bunun Türk dünyasında daha da güclənməsinə və yol açmasına səbəb olacaq. Bu alqışlanmalı və dəstəklənməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri