Novxanıda torpaq almağa gedən ana və qızını taladılar
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı şəhər Binəqədi rayonu Novxanı qəsəbəsində torpaq almağa gedən iki qadının pul və əşyalarını oğurlayan şəxsə hökm oxunub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, rayon məhkəməsi 1976-cı il təvəllüdlü F.Məmmədovu Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilib.
Məlum olub ki, hadisə vaxtı Novxanıdakı toraq sahəsinin qarşısında “Kia” markalı avtomobil dayanıb və iki qadın maklerlə birgə həyətə baxış keçiriblər. Bu zaman F.Məmmədov maşına yaxınlaşıb və qapının açıq olmasından istifadə edərək ana və qızının çantalarını götürərək qaçıb. Çantalarda ümumilikdə 6 min manata yaxın pul, həmçinin 1 ədəd dəyəri 460 manat olan “YSL
Libre” markalı ətir, 1 ədəd dəyəri 222 manat olan “Guerlain” markalı üz tonal kremi və digər əşyalar da olub.
Həyətdən çıxdıqdan sonra maşına minən qadınlar oğurluğu hiss etməyiblər. Onlar Zabrat qəsəbəsində maşından düşərkən çantalarının olmadığını anlayıblar və polisə müraciət ediblər.
Məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə oğurluq etmiş F.Məmmədov 3 il 6 ay həbs cəzasına məhkum edilib.
Baxış sayı:132
Bu xəbər 30 Yanvar 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















