Icma.az
close
up
RU
Noyabrda yağıntılar normadan az olub

Noyabrda yağıntılar normadan az olub

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin noyabr ayı sabit, mülayim hava şəraiti ilə fərqlənib.

Gununsesi.info  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, noyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında noyabrın 1-i müsbət 22.5 dərəcəyə, bölgələrdə isə noyabrın 24-ü müsbət 27.6 dərəcəyə qədər yüksəlib: “Havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (1.4-7.4 dərəcə), 2 gün isə normadan aşağı (0.2-0.9 dərəcə) olub. Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olub ki, bu da iqlim normasından 4.1 dərəcə yuxarıdır. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında noyabrın 22-də 8.8 dərəcə isti, bölgələrdə isə noyabrın 30-da 7 dərəcə şaxta (Sədərək) qeydə alınıb”.

Nazim Mahmudov bildirib ki, ay ərzində hava şəraiti mülayim, əsasən yağmursuz keçib, lakin ayın 1-ci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb: “Ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə isə qar yağıb (Kəlbəcər, Laçın, Qubadlı, Murovdağ yüksəkliyi, Şahbuzun dağlıq əraziləri). Yağıntılar bütün ölkə ərazisində normadan az olub. Bölgələr üzrə 11 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 17 faizi olmaqla Lənkəran-Astara zonasına (Astara 27 mm), aylıq normanın 35 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 10.3 mm) düşüb.”

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see623

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see511

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see375

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see257

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see255

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see253

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see252

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see244

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see236

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see230

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see227

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see227

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see226

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see222

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see211

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see199

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see194

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see192

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see187

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri