Icma.az
close
up
RU
Noyabrın 24 dən etibarən üçgünlük nəqliyyat xaosu olacaq

Noyabrın 24 dən etibarən üçgünlük nəqliyyat xaosu olacaq

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Belçika nəqliyyat işçiləri 24–26 noyabr tarixlərində üçgünlük tətilə hazırlaşırlar. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, tətilin nəqliyyatın bütün növlərinə qismən və ya tam təsir edəcəyi, həmçinin digər ictimai xidmət sahələrinin işçilərinin də onlara qoşulacağı gözlənilir. Məlum olub ki, daxili və beynəlxalq qatar reyslərinin, şəhər nəqliyyatının və aviasiya daşımalarının bir çoxu tətil günlərində tam və ya qismən dayandırılacaq. Brüsselin əsas hava limanı "Zaventem" 26 noyabrda bütün uçuşları ləğv edəcək. Operatorun açıqlamasında bildirilib ki, özəl sektorda ümummilli tətil təhlükəsizlik və yerüstü xidmətlərin fəaliyyətini pozacaq. Həmin gün bütün reyslərin icrasını təmin etmək mümkün olmayacaq, bu isə təhlükəsizlik problemlərinə və həddindən artıq növbələrin yaranmasına səbəb ola bilər. "Zaventem" uçuşları qəbul edəcək, lakin vəziyyətdən asılı olaraq onların da ləğv olunması mümkündür. Bütün ölkə üzrə həmkarlar ittifaqı aksiyaları 24, 25 və 26 noyabrda keçiriləcək. 24 noyabr bazar ertəsi günü dəmir yolu işçiləri tətilə qoşulacaq. Sərnişinlərdən Belçika Dəmir Yollarının saytında və mobil tətbiqində xəbərləri izləmələri xahiş olunur. Bu tətil ən uzunmüddətli olacaq, 23 noyabr gecə yarısından başlayaraq 72 saat davam edəcək. 25 noyabrda bütün ictimai xidmət sahəsi, digər nəqliyyat növləri, məktəblər, xəstəxanalar, bələdiyyələr və inzibati qurumlar tətilə qoşulacaq. 26 noyabrda isə özəl sektor ümummilli tətil keçirəcək.

Həmkarlar ittifaqlarının bu aksiyası xidmət sahəsində ciddi pozuntulara səbəb olacaq və yeni federal hökumətin planlaşdırdığı sərt qənaət tədbirlərinə – sosial müdafiənin azaldılmasına – cavab olaraq indiyədək ən genişmiqyaslı etiraz olacaq. Həmkarlar ittifaqları alternativlər irəli sürürlər: iri sərvətlərə vergi, texnologiya nəhənglərinin rəqəmsal fəaliyyətinə vergi, şirkətlərə dövlət subsidiyalarının yenidən nəzərdən keçirilməsi.

Ötən ay həmkarlar ittifaqları artıq bir tətil keçirərək nəqliyyat işçilərini fəaliyyətlərini qismən dayandırmağa və Şimal Dəmir Yolu Vağzalından Cənub Vağzalına yürüş etməyə çağırmışdılar. Məktəblər və xəstəxanalar da qismən bu tətilə qoşulmuşdu. Brüsseldə keçirilən həmin aksiyada polis ilə toqquşmalar, yanğınlar və vandalizm qeydə alınmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri