Noyabrla bağlı QORXUNC PROQNOZ
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Dünyanın bu il, konkret olaraq noyabrın 13-də sona çatacağı ilə bağlı sosial mediada iddialar yer alıb. Bu qorxulunu tarixin 1960-cı ildə alimlər tərəfindən hazırlanmış riyazi modelə əsaslandığı məlum olub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, qiyamət ssenarilərinin mövzusu olan bu tarixin arxasında 66 il əvvəl ABŞ-də aparılan elmi bir araşdırma dayanır. Lakin tədqiqatın nəticələri dünyanın iddia edildiyi kimi sona çatacağını göstərmir.
1960-cı ildə fizik Heinz fon Foerster və ABŞ-dakı İllinoys Universitetinin iki digər tədqiqatçısı dünya əhalisinin gələcək artımını araşdıran bir araşdırma aparıblar.
Alimlər riyazi modeldən istifadə edərək əhalinin ovaxtkı sürətlə artmağa davam etməsi halında mümkün nəticələri hesablayıblar.
Model belə bir nəticəyə gəlib ki, əgər əhali artımı heç də yavaşlamasaydı, insanların sayı nəzəri olaraq 13 noyabr 2026-cı ildə sonsuzluğa yaxınlaşacaqdı.
Tədqiqata daxil edilmiş tarix illər ərzində fərqli şəkildə şərh olunub və dünyanın sonu ilə bağlı bir peyğəmbərlik kimi təqdim edilib. Lakin alimlərin məqsədi qiyamət tarixini müəyyən etmək deyil, nəzarətsiz əhali artımının uzunmüddətli perspektivdə yarada biləcəyi problemlərə diqqət çəkmək idi.
Keçən 66 ildə dünya əhalisinin artım tempi dəyişib. Xüsusilə doğum nisbətlərinin azalması ilə tədqiqatda proqnozlaşdırılan fasiləsiz artım baş verməyib.
Birləşmiş Millətlər Təşkilatının əhali proqnozlarına görə, dünya əhalisinin 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda çatacağı və sonra tədricən azalacağı gözlənilir.
Buna görə də, dünyanın 13 noyabr 2026-cı ildə sona çatacağına dair heç bir elmi dəlil yoxdur. Sosial mediada yenidən yayılan iddia, bu gün artıq etibarlı olmayan fərziyyələrə əsaslanan köhnə riyazi hesablamadan qaynaqlanır.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Oktyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















