Icma.az
close
up
RU
NTD nin amerikalısı: Üç müxtəlif komandanın avrokuboklarda çıxış etməsi...

NTD nin amerikalısı: Üç müxtəlif komandanın avrokuboklarda çıxış etməsi...

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Hazırlıq çox yaxşı gedir. Hamı oyuna köklənib. Bu oyun bizim üçün böyük bir şansdır. Xüsusilə də Çempionlar Liqasında çıxış edən "Sabah"a qarşı oynayacağımızı nəzərə alsaq. Komandada enerji yüksəkdir. Uşaqlar məşqlərdə ciddi yanaşırlar və düşünürəm ki, hər kəs bizim yaxşı komanda olduğumuzu göstərmək üçün alışıb-yanır. İlk matçı lisenziya məsələlərinə görə buraxmalı oldum, ona görə də yalnız son iki oyunda iştirak etmişəm. Məncə, hələ də bir-birimizə uyğunlaşırıq. Komandada böyük oyunçu dəyişikliyi olub və burda olduğum müddətdə hər oyunda fərqli heyətlə meydançaya çıxmışıq. Düşünürəm ki, birlikdə daha çox vaxt keçirdikcə və ritmimizi tapdıqca vəziyyəti tam şəkildə düzəldə bilərik". Sport24.az xəbər verir ki, "Sabah"ın amerikalı basketbolçu Lanqdon Hatton klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Oyunçu məhz Bakı klubunu seçməsinin səbəbi və Azərbaycan Basketbol Liqasının səviyyəsi haqqında fikirlərini də bölüşüb:

"NTD-ni seçdim, çünki bu mənim üçün yeni bir imkandir. Onların mənim üçün nəzərdə tutduğu rol çox xoşuma gəldi. Komandaya hündür oyunçu lazım idi və mən də meydandakı xüsusiyyətlərimlə bu sistemə yaxşı uyğunlaşacağımı düşündüm. Azərbaycan Basketbol Liqasının səviyyəsi kifayət qədər yüksəkdir. Üç müxtəlif komandanın avrokuboklarda çıxış etməsi liqanın güclü olmasının göstəricisidir. Oyunlar çox rəqabətli keçir".

O, Azərbaycanı çox bəyəndiyini də vurğulayıb:

"Azərbaycanı indiyə qədər çox bəyənmişəm. Bakı gözəl şəhərdir - görməli yerləri çoxdur, yeməkləri əladır və insanlar çox mehribandır. Həm meydanda, həm də meydandan kənarda çox yaxşı təcrübə yaşayıram".

Qeyd edək ki, NTD - "Sabah" görüşü noyabrın 16-da, Bakı İdman Sarayında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri