Icma.az
close
up
RU
NTD nin basketbolçusu: Çempionat sona yaxınlaşır və səhv etmə şansımız azalır

NTD nin basketbolçusu: Çempionat sona yaxınlaşır və səhv etmə şansımız azalır

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Məqsədimiz kuboku qazanmaqdır". Sport24.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Murad Babayev "Neftçi"yə qarşı kubok oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, şansların bərabər olduğunu bildirib:

"Düşünürəm ki, kubokda bütün komandaların şansları bərabərdir. Əhval-ruhiyyəmiz yüksəkdir və məşqlərə ciddi yanaşırıq. Məqsədimiz kuboku qazanmaqdır".

Basketbolçu hazırlıqlar barədə də danışıb:

"Hazırlıqlarımız tam sürətlə davam edir. Psixoloji baxımdan da hazırıq. İstəyirik ki, özümüzə layiq oyun göstərərək finala yüksələk. Təbii ki, liqada limit 4+1 olduğu üçün kubokda komandaların daha zəif oyun nümayiş etdirdiklərini düşünürlər. Amma deyərdim ki, hər kollektivdə legionerlərlə eyni səviyyədə oynayan yerli oyunçular var. Mənə görə, bu, oyunun keyfiyyətinə o qədər də təsir etmir".

Babayev öz oyunu haqqında da fikir söyləyib:

"Artıq çempionat sona yaxınlaşır və səhv etmə şansımız azalır. Mövsümün ilk yarısında komanda kimi istədiyimiz oyunu göstərə bilməsək də, sonradan yeni gələn legionerlərlə tempi tutmuşuq. Öz oyunuma gəlincə, xeyli müddət basketboldan uzaq qaldığım üçün formaya tam qayıtdığımı deməzdim. Amma yavaş-yavaş buna doğru irəliləyirəm".

Qeyd edək ki, "Neftçi" - NTD görüşü martın 28-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri