Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı başa çatdı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Babək Vahid oğlu Rzayevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilərək hakim Gülnar Səfərəliyevanın icraatına verilib.
Qeyd edək ki, onun barəsində bu ilin sentyabr ayında cinayət işi açılıb. İstintaq materiallarına görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.
O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədənkənar pulu tələb edərək almaqda təqsirləndirilib.
Babək Rzayevə qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilib.
Baxış sayı:130
Bu xəbər 28 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















