Icma.az
close
up
RU
Nüfuzlu “TIME” jurnalında Azərbaycan haqqında məqalə dərc olunub

Nüfuzlu “TIME” jurnalında Azərbaycan haqqında məqalə dərc olunub

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “TIME” jurnalında Azərbaycan haqqında məqalə yayımlanıb.

“Azərbaycan – Dinamik Transformasiya” adlı məqalədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, korporativ maliyyə institutu “PAŞA BANK”ın baş icraçı direktoru Cavid Quliyev və ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group”un baş direktoru Emil Məsimovun fikirləri yer alıb.

Məqalədə qeyd olunub ki, Xəzər dənizi ətrafında yerləşən karbohidrogenlə zəngin ölkələr üçün önəmli enerji mərkəzi rolunu oynayan Azərbaycan hazırda  bərpa olunan enerji üzrə regional mərkəzə çevrilmək istiqamətində önəmli addımlar atır. Bildirilib ki, Xəzər dənizi vasitəsilə Qazaxıstan və Özbəkistanın elektrik şəbəkəsinə qoşulmaqla, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstandan keçəcək “Mərkəzi Asiya – Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə danışıqlar aparılır.

Məqalədə Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsinə geniş yer ayrılıb. Bildirilib ki, Gürcüstan, Türkiyə, Qazaxıstan, Türkmənistan ərazilərindən də keçəcək layihə Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsinə töhfə verəcək. Qeyd edək ki, strateji əhəmiyyətə malik bu rəqəmsal dəhliz regionda iqtisadi inkişafa və əməkdaşlığı təkan verəcək, həmçinin rabitənin genişlənməsini stimullaşdıracaq.

Nəşr, həmçinin bərpa olunan enerji sahəsində Azərbaycanda həyata keçirilən layihələrə diqqət çəkib. Qeyd edilib ki, BƏƏ və Səudiyyə Ərəbistanından olan şirkətlərin iştirakı ilə birgə hazırda ölkədə günəş və külək stansiyaları qurulur. Bundan əlavə, kiçik və orta sahibkarıq, telekommunikasiya, bank sektorunun inkişafı, rəqəmsallaşma sahələrində ölkədə görülən işlər barədə məlumat verilib.

“TIME” jurnalında dərc olunan məqalə ilə bu linkə keçid etməklə tanış olmaq olar.

Günel İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri