Icma.az
close
up
RU
Numan Kurtulmuş: Terrorsuz Türkiyənin qalibi bütün millətimiz olacaq

Numan Kurtulmuş: Terrorsuz Türkiyənin qalibi bütün millətimiz olacaq

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Terrorsuz Türkiyə xalqımızın iştirakı, parlamentimizin iradəsi və hamımızın ortaq məsuliyyəti ilə çiçəklənəcək. Terrorsuz Türkiyənin qalibi bütün millətimiz olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sosial media hesabındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, silahlı dövrün başa çatması ilə bağlı bu gün verilən açıqlama sevindiricidir.

Kurtulmuş atılacaq addımların sürətlə və heç bir tərəddüd etmədən tamamlanmasının sosial sülhə yol aça biləcək bir fürsət olduğunu vurğulayıb:

“Terror və zorakılığın legitimliyi yoxdur. İstisnasız olaraq bu torpaqlarda sülhün, ədalətin və azad fikrin hökm sürməsini təmin etmək millətimiz qarşısında borcumuzdur. Silahın kölgəsi altında həll axtarışları dünən olduğu kimi bu gün də etibarsızdır. Siyasi təsisat, məhkəmə, qanunvericilik və icra hakimiyyətləri ilə birlikdə əhalinin hər bir təbəqəsi özünü təhlükəsiz hiss etməlidir”.

TBMM sədri Kurtulmuş prosesin təkcə Türkiyə üçün deyil, bütün bölgənin sülh və sabitliyi üçün tarixi bir fürsət olduğunu vurğulayıb:

“Terrorsuz Türkiyə xalqımızın iştirakı, Parlamentimizin iradəsi və hamımızın ortaq məsuliyyəti ilə çiçəklənəcək. Terrorsuz Türkiyənin qalibi bütün millətimiz olacaq. Zorakılıqsız gələcəyə və plüralist demokratiyaya açılan bu qapı millətimizin ümidlərini artırmalı, siyasi qurum bu ümidi qarşılıqsız qoymamalıdır. Birlik və qardaşlıq ruhu ilə daha güclü sabaha doğru addımlamaq diləyi ilə millətimizə xeyirli olsun”.

Qeyd edək ki, bu gün PKK terror təşkilatı buraxılma qərarını elan edib.

Təşkilatın özünü buraxması İmralı həbsxanasında həbs cəzası çəkən PKK kidrri Abdullah Öcalanın çağırışından sonra mümkün olub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 May 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri