Numan Kurtulmuş: Türkiyə gələcək qlobal güc mərkəzlərindən birində yerləşib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 8 aprel, AZƏRTAC
“Türkiyənin yerləşdiyi bölgə qlobal güc mərkəzlərindən birinə çevriləcək. Bu regionun sərhədləri Cənubi Qafqaz, Balkanlar, Mərkəzi Asiya və Yaxın Şərqi əhatə edəcək”.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Özbəkistanda jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, yeni dünya düzənində Türkiyə “ulduzu xüsusilə parlaq olacaq” 4-5 dövlət arasında yer alacaq.
“Əminəm ki, heç bir dövlət, bölgə və ya qitə dünya proseslərini daha təkbaşına idarə edə bilməyəcək”, - deyə TBMM spikeri qeyd edib.
Eyni zamanda, o, “daha ədalətli və səmərəli dünya münasibətləri sisteminin” formalaşmasının mümkünlüyünə əminliyini ifadə edib.
“Yeni dünya nizamının əsasında “ədalət” prinsipi olmalıdır. Tarix güclü deyil, haqlı olan dövlətlər tərəfindən yazılmalıdır. Ərazisindən və gücündən asılı olmayaraq bütün ölkələr bərabərhüquqlu olmalıdır”, - deyən N.Kurtulmuş, mövcud dünya münasibətləri sisteminin müasirliyin çağırışlarına cavab vermədiyini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Aprel 2025 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















