Icma.az
close
up
RU
Nümayəndələr Bakıya toplandı: Türkiyə də dəstəkləyir, Rusiya və İran isə...

Nümayəndələr Bakıya toplandı: Türkiyə də dəstəkləyir, Rusiya və İran isə...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) yüksək rütbəli nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu səfər Bakı–NATO münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini yenidən gündəmə gətirib.

Səfər zamanı tərəfdaşlıq proqramları, hərbi təlim və təhsil sahəsində əməkdaşlıq, eləcə də Azərbaycanın NATO missiyalarında iştirakı xüsusi vurğulanıb. Rəsmi açıqlamalarda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr və Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əldə olunan nailiyyətlər ön plana çıxarılıb.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, hazırda Azərbaycanın NATO ilə münasibətlərini üzvlükdən kənar, lakin dərinləşdirilmiş tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq olaraq xarakterizə etmək olar:

“Məlumdur ki, Azərbaycan 1994-cü ildən etibarən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirak edir və bu çərçivədə bir sıra əməliyyat və institusional mexanizmlərə qoşulub. Xüsusilə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası üzrə bəyan edilmiş hərbi bölmələrin mövcudluğu Bakının Alyansla praktik hərbi uyğunlaşmaya verdiyi önəmi nümayiş etdirir. Bu əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, NATO standartlarına uyğunlaşmasına və beynəlxalq əməliyyatlarda müxtəlif ölkə ordularının birgə, uyğun şəkildə işləyə bilmə qabiliyyətinin artırılmasına xidmət edir.

Bununla yanaşı, Azərbaycan NATO ilə münasibətlərdə balanslaşdırılmış və selektiv yanaşma sərgiləyir. Ölkəmiz Alyansla əməkdaşlığı öz milli təhlükəsizlik maraqları çərçivəsində qurur və bu prosesi bloklara qoşulmamaqla həyata keçirir. Azərbaycan üçün əsas prioritet müstəqil qərarvermə imkanlarının qorunması və regional geosiyasi balansın saxlanılmasıdır. Bu kontekstdə NATO ilə əməkdaşlıq daha çox texniki, təlim və institusional səviyyədə məhdudlaşdırılır”.


Yusif Bağırzadə

Politoloq bildirib ki, Azərbaycanın NATO strategiyasında Türkiyə faktoru da mühüm rol oynayır:

“NATO üzvü olan Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycana Alyans standartlarına uyğunlaşmaq və təcrübə qazanmaq imkanı yaradır. Bu amil Azərbaycanın NATO ilə inteqrasiyasını dolayı, lakin effektiv formada təmin edir və eyni zamanda regional həssaslıqları nəzərə almağa şərait yaradır.

Ölkəmizin NATO-ya üzvlüyü isə hazırkı mərhələdə real görünmür. Nə rəsmi Bakı tərəfindən belə bir siyasi hədəf irəli sürülüb, nə də mövcud regional şərait buna imkan verir. Rusiya və İran faktorları, eləcə də Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik mühiti Azərbaycanın bloklara qoşulmama siyasətini daha məqsədəuyğun edir. Üstəlik, postmünaqişə dövründə ölkəmizin hərbi-siyasi mövqelərinin güclənməsi NATO üzvlüyünü təhlükəsizlik baxımından zəruri edən əsas amilləri arxa plana keçirib.

Ümumilikdə qeyd etmək olar ki, Azərbaycan–NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qalmaqla, qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq modelini əks etdirir. Bu model ölkəmizə həm təhlükəsizlik potensialını artırmaq, həm də geosiyasi risklərdən yayınmaq imkanı verir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see342

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see220

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see188

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see174

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see171

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri