Nunyes arzuladığımız sayda qol vurmayıb, amma... Arne Slot
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Liverpul"un baş məşqçisi Arne Slot komandanın hücumçusu Darvin Nunyesin bu mövsüm az qol vurması barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "Liverpool Echo" belə çatdırıb:
"Məncə, Darvinin indiki performansı ilə də komanda üçün faydalıdır. Əlbəttə, yalnız qollara baxsaq, o, mərkəz hücumçusu olaraq arzuladığımız sayda qol vurmayıb. Amma Nunyes yenə meydanda hərəkətli görünür. Yeri gələndə rəqibdən top alır, oyunun tempinə təsir edə bilir.
Nunyes çox qol vuran və tez-tez qələbə qazanan komandada oynayır. Əlbəttə, Darvin hücumçu olduğu, "9 nömrə" qismində mübarizə apardığı üçün daha çox qol vurmaq istəyir. Lakin mən Nunyesi və Salahı yalnız vurduqları qolların sayına yox, həm də meydanda gördükləri işə, komandanın çıxışına təsir bacarıqlarına görə qiymətləndirirəm".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 19 matça çıxan Nunyes 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















