Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu yay transferlərdə çox fəal olan və Məhəmməd Salah kimi bir ulduzun keçidini bitirməyə yaxın olan ''Beşiktaş''la bağlı yeni bir iddia var.
''Yuventus''dan ayrılan Duşan Vlahoviçin keçidində irəliləyə bilməyən İstanbul nəhəngi diqqətini Səudiyyə Ərəbistanına yönəldib.
İnsayder Saşa Tavolyerinin yaydığı məlumata görə ''ağ-qaralar'' ''Əl-Hilal''ın forvardı Darvin Nunyesin icarə əsasında transferi məsələsində həm futbolçunun özü, həm də klubu ilə anlaşma əldə edib. Mənbənin yazdığına inansaq, ''qartal'' Səudiyyə Ərəbistanı nəhənginə birillik icarə haqqı kimi 4 milyon avro ödəyəcək. Avropaya qayıtmaq arzusunda olan uruqvaylı forvardın ''Beşiktaş''ın layihəsini və təklif etdiyi şərtləri bəyəndiyi bildirilir.
Son mundialda Uruqvay yığmasının heyətində yer alan 27 yaşlı futbolçu ötən mövsüm iştirak etdiyi 24 rəsmi oyunda 9 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyib. Nunyeslə Salahın yolu İstanbulda yenidən kəsişə bilər. Bu futbolçular 2022-25-ci illərdə ''Liverpul''da birlikdə top qovublar.
''Liverpul'' bu futbolçuya görə 85 milyon avro, ''Əl-Hilal'' isə 53 milyon avro ödəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 İyul 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















