Nura Suri Adnan Əhmədzadənin müdafiəsinə qalxdı
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Müğənni Nura Suri həbs olunan iş adamı Adnan Əhmədzadə və xanımı Gülsəfa Cəfərovanı müdafiə edib.
SAVASHMEDİA.az xatırladır ki, Gülsəfə Cəfərova instaqram hekayəsində “Quran”dan “Hud” sürəsinin 18-ci ayəsini paylaşaraq İftira atanların zalım olduğunu yazıb. Onun bu paylaşımı sosial şəbəkələrdə geniş müzakirə olunub və sosial şəbəkə istifadəçilərinin əksəriyyəti harınlamış adamların dara düşəndə Allahı xatırlamasının qəbuledilməzliyini yazıblar. Tanınmış müğənni Nura Suri isə son paylaşımında Adnan Əhmədzadəyə və xanımına açıq dəstək ifadə edib. Həmin paylaşımı təqdim edirik:
"Şəxsən tanımadığınız insanlar haqqında necə belə danışa bilirsiniz? Bu nə nifrətdir varlı, imkanlı şəxslərə qarşı? Niyə kimsə problemə düşəndə və yaxud vəzifədən çıxarılanda yazmağa başlayırsınız? Kiminsə Allaha inandığını, hər gün dua edib-etmədiyini hardan bilirsiniz? Bəziləri hər paylaşımın altında özlərini həlak ediblər ki, millətin pulunu oğurlayıb.
Bu şərhi yazan insanlar, belə düşünənlər heç vaxt bu həyatda uğur qazana bilməzlər. Başda beyin düzgün işləmirsə o adama milyon da versələr heç bir uğur əldə edə bilməz. Yaponların bir misalı var, deyir: əgər ağıllısınızsa niyə kasıbsınız. İnsan pulla kasıblamır, ağıldan kasıblayır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Sentyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















