Icma.az
close
up
RU
Nura Suridən Azərbaycan cəmiyyətinə çağırış: “Travmalarınızı gizlətməyin!”

Nura Suridən Azərbaycan cəmiyyətinə çağırış: “Travmalarınızı gizlətməyin!”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Gülsərən Budayıcıoğlunun kitablarını oxumuşam və onun əsərləri əsasında çəkilən “Kırmızı oda”, “Masumlar apartmanı” və “Kral kaybederse” mənim ən sevdiyim seriallardandır. Həmişə də ətrafımdakılara bu seriallara baxmağı tövsiyə etmişəm, çünki orada insanın daxili dünyası, keçmişdən qalan yaraları və sağalma prosesi çox real təsvir olunur. Həmişə istəmişəm ki, bizdə də belə seriallar, filmlər çəkilsin”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri sosial media hesablarında müğənni Nura Suri yazıb.  Nura fikirlərinə bunları da əlavə edib:

"Bəzən düşünürəm ki, niyə bizdə Gülseren Budayıcıoğlu kimi psixiatrist-yazar yoxdur? Niyə bizim insanlarımız yaşadıqları travmanı başqasına açıq şəkildə danışmaqdan çəkinirlər? Hətta ən yaxınlarına belə başlarına gələn ağır hadisələri deyə bilmirlər. Travmalarını görməzdən gəlirlər, utanırlar, içlərində dərin bir yerdə gizlədirlər.

Bu yaxınlarda Kəmalə Ağazadənin sığınacağında oldum. Orada gördüyüm uşaqların hər birinin taleyindən kitab yazıb, filmlər çəkmək olar. Zorakılığa məruz qalan, diqqətsizlik və sevgisizlik içində böyüyən uşaqlar var orada.

Bu mövzuda Emil Quliyevin “Tillov” serialı alqışa layiqdir. Sığınacaqdakı uşaqların taleyi ilə oxşarlıq çoxdur. Serial mənə çox təsir etdi. Kaş ki, bizdə də bu cür real həyat hekayələrinə toxunan, sosial məzmunlu seriallar çox olsun.

Arzularım çoxdur… İstəyirəm ki, bizim insanlarımız bir-birinə güvənsin. Zorakılığa məruz qalanlar qınaqla deyil, dəstəklə qarşılaşsınlar. Utanmasınlar, öz ağrılarını içlərində basdırmasınlar. Bizdə də Gülseren Budayıcıoğlu kimi psixiatr-yazarlar yetişsin, bu mövzulara daha çox diqqət ayrılsın. İnsanlar bir-birinə dayaq olmağı bacarsınlar. Zorakılığa məruz qalan qadınlar heç vaxt günahkar kimi göstərilməsin, əksinə, hər zaman anlayış, qayğı və dəstək görsünlər".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see198

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see194

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see159

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see135

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri