NURAN bu dəfə Zeynəb Xanlarovanın mahnısını oxudu
Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
NURAN bu dəfə Azərbaycanın Xalq artisti, canlı əfsanə Zeynəb Xanlarovanın repertuarına müraciət edib.
OLAY yazır ki, gənc ifaçı söz və musiqisi Zeynəb Xanlarovaya məxsus olan məşhur “Məni unutmağa tələsmə hələ” mahnısını müasir tərzdə yenidən təqdim edib.
Layihənin rəhbəri Elvin Elxandır. Mahnı peşəkar yaradıcı heyət tərəfindən ekranlaşdırılıb. Rejissorları ZEYN və İlahə Məhərrəm olan klip üçün xüsusi hazırlıq görülüb, çəkiliş prosesinə 50-yə yaxın yaradıcı heyət üzvü cəlb edilib.
Ekran işində NURAN-ın sənət üslubuna uyğun nostalji atmosfer yaradılıb. Klip Buzovnada yerləşən qədim evlərdən birində lentə alınıb və çəkilişlərə “Üçüncü Bahar” İctimai Birliyinin yaşlı üzvləri də qatılıb. Layihələrində milli dəyərlərə, adət-ənənələrə və keçmişin ruhuna xüsusi önəm verən NURAN bu işində də həmin xəttə sadiq qalıb.
Klip iki fərqli vizual hissədən ibarətdir. Birinci hissədə NURAN-ın sosial tərəfi, ikinci hissədə isə sənətçinin daxili emosional dünyası ekran dilində əks olunub.
Layihənin musiqi prodüseri və artistin vokal koçu Elçin Cəfərovdur. Mahnının aranjimanı, miks və masterinqi isə DAHİN və Rasim Əsgərov tərəfindən hazırlanıb.
Ekran işinin art direktoru Fərid Cabbarlı, kostyum dizayneri Ayşə Məstanova olub.
Kadrarxası görüntülər və fotosessiya Ksenia Şirinova tərəfindən həyata keçirilib.
Quruluşçu operatorlar isə Müseyib Qasımov və Zaur Cavadov olublar.
Baxış sayı:143
Bu xəbər 08 İyul 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















