Nurəddin Mehdixanlı: “Kral Lir” tamaşası mənim yaradıcılıq hesabatımdır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 12 may, AZƏRTAC
“Kral Lir” tamaşası vasitəsilə həm özümə, həm də tamaşaçıya bir növ yaradıcılıq hesabatı təqdim etdim. Bu illər ərzində qazandığım təcrübəni, öyrəndiklərimi və bacarıqlarımı səhnədə nümayiş etdirdim. İnanıram ki, “Kral Lir” tamaşası teatrın tarixində mühüm yer tutacaq.
Bunu AZƏRTAC-a açıqlamasında “Kral Lir” tamaşasında əsaz obrazı canlandıran Xalq artisti Nurəddin Mehdixanlı deyib. Xalq artisti qeyd edib ki, ikihissəli tamaşada ümumilikdə 18 aktyor iştirak edir, onlardan 12-si gənc aktyor və tələbələrdir.
“Yeni səhnə əsəri texniki heyətin və yaradıcı kollektivin birgə zəhməti sayəsində ərsəyə gəlib. Teatr kollektivinə dərin təşəkkürümü bildirirəm ki, 70 illik yubileyim münasibətilə belə möhtəşəm tamaşanın təqdim olunması üçün şərait yaradıb”, - deyə N.Mehdixanlı əlavə edib.
Müxbir - Fidan Əlizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:383
Bu xəbər 12 May 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















