Nurlan adlı şəxs Rusiya radiosunı ələ keçirdi Aparıcını döydü
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Dünən axşam Qazaxıstan vətəndaşı Rusiya radiosuna basqın edib.
Bakupost.az xəbər verir ki, Sankt-Peterburqda fəaliyyət göstərən “Şok” radiostansiyasının ofisinə girən Nurlan adlı şəxs aparıcını vurub və efirə buraxılmayacağı halda özü ilə gətirdiyi bombanı partladacağını bildirib.
O, mikrofonu işə salmağa çalışarkən studiyada qonaq olan Qleb Stafeyev onunla söhbət etməyə müvəffəq olub.
Dialoq zamanı pul istəmədiyini deyən Nurlan yalnız danışmaq niyyətində olduğunu deyib. Nurlan mikrofonu açan kimi Moskvaya atom bombalarının atılmasının “zəruri olduğunu” və Xüsusi Hərbi Əməliyyatın dayandırılmasına çağırış edib.
Lakin Qazaxıstan vətəndaşı çağırışı bitirməyə imkan tapmadan polis hadisə yerinə çatıb. Nurlan müqavimət göstərmədən təslim olub və "bomba"nı partlatmayıb. Sonradan bəlli olub ki, onun yanında ümumiyyətlə, bomba olmayıb. Qeyd olunur ki, o, oktyabr ayında da başqa bir Peterburq radiostansiyasına – “Piter FM” Xüsusi Hərbi Əməliyyat əleyhinə şüarlarla daxil olub.
İndi isə yerli KİV-lərin məlumatına görə, onun işi ilə FTX məşğul olur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Mikanı qısqanan sevgilisi aparıcını döydü
25 İyul 2025 15:38
Onlar hansı aparıcını xatırlayacaq?..
25 Noyabr 2024 14:29
Tramp aparıcını Pentaqona rəhbər gətirir
13 Noyabr 2024 11:21
Məşhur aparıcını görənlər tanımadı VİDEO
11 Sentyabr 2025 10:18
Məşhur aparıcını maşın vurdu FOTO
23 Noyabr 2024 12:41
Baxış sayı:31
Bu xəbər 03 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















