Nurlan İsmayılbəyli: Müəllimlərin sertifikatlaşdırılması prosesində 95 faiz davamiyyət qeydə alınıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 18-dən başlayan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün üçüncü günü keçirilən sertifikatlaşdırmanın test imtahanında artıq 8149 müəllim iştirak edib. Ümumilikdə deyə bilərik ki, prosesdə 95 faiz davamiyyət qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O bildirib ki, hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır: “Müəllimlər proseslə bağlı “portal.edu.az” platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda, şəffaflığın və obyektivliyin təmin edilməsidir.
Bununla yanaşı, qeyd edim ki, imtahandan sonra bəzi sosial media platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı narazılıqların səsləndirildiyi də müşahidə olunur”.
Qeyd edək ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər.
Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















