Icma.az
close
up
RU
Nurlu ömrün elm və insanlığa həsr olunmuş salnaməsi

Nurlu ömrün elm və insanlığa həsr olunmuş salnaməsi

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan tibb elminin inkişaf tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdən biri  Zərifə Əliyevadır. Onun adı yalnız bir alim və həkim kimi deyil, həm də yüksək dəyərlərə, insanpərvərliyi və peşəsinə sonsuz sədaqəti ilə yadda qalmışdır. Zərifə Əliyevanın həyat və fəaliyyəti Azərbaycan səhiyyəsinin tərəqqisi naminə fədakar xidmətini, elmi axtarışlarının, humanistliyinin vəhdətini əks etdirən parlaq bir nümunədir.

1923 – cü ildə ziyalı ailəsində dünyaya göz açan Zərifə Əliyeva elmə və biliyə dərin maraqla böyümüşdür. Onun formalaşmasında ailə mühitinin, xüsusilə də ictimai – siyasi xadim Əziz Əliyevin təsiri mühüm rol oynamışdır. Gənc yaşlarından məsuliyyət, zəhmətsevərlik və insana xidmət ideası ilə yetişən Zərifə Əliyeva həyat rolunu tibbə həsr etmək qərarına gəlmişdir. O, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alaraq yüksək bilik və peşəkar hazırlıq əldə etmiş, gələcək elmi fəaliyyətinin möhkəm təməlini qoymuşdur.

Zərifə Əliyevanın elmi maraqları əsasən oftalmologiya sahəsini əhatə edirdi. Bu istiqamətdə apardığı fundamental tədqiqatlar onun yalnız ölkə daxilində deyil, beynəlxalq elmi mühitdə də tanıtmışdır. Onun diqqət yetirdiyi əsas məsələlərdən biri sənaye və istehsalat sahələrində çalışan insanların məruz qaldığı göz xəstəlikləri olmuşdur. Kimya və neft sənayesinin sürətli inkişaf etdiyi bir dövrdə bu problem xüsusilə aktual idi. Zərifə Əliyeva həmin sahədə çalışan insanların görmə orqanlarına təsir edən zərərli amilləri dərindən araşdıraraq, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində mühüm elmi nəticələr əldə etmişdir.

Alimin tədqiqatları nəticəsində bir sıra yeni diaqnostika  və müalicə üsulları təklif edilmişdir, bu üsullar praktik səhiyyədə uğurla tətbiq olunmuşdur. O, istehsalat şəraitində çalışan işçilərin sağlamlığının qorunması üçün kompleks yanaşmanın vacibliyini irəli sürmüş tibbi nəzarət sisteminin təkmiləşdirilməsinə töhfə vermişdir. Zərifə Əliyevanın bu sahədəki, fəaliyyəti yalnız xəstəliklərin müalicəsinə deyil, eyni zamanda onların qarşısının alınmasına yönəlmişdir ki, bu da onun elmi yanaşmasının müasir qabaqcıl xarakter daşıdığını göstərir.

Elmi fəaliyyətlə yanaşı , Zərifə Əliyeva pedoqoji sahədə də mühüm rol oynamışdır. O, gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirir, tələbələrə yalnız nəzəri biliklər deyil, həm də həkimlik peşəsinin etik prinsiplərini aşılayırdı. Onun rəhbərliyi ilə yetişən mütəxəssislər sonradan Azərbaycan səhiyyəsinin müxtəlif sahələrində uğurlu fəaliyyət göstərmiş, onun elmi məktəbini davam etdirmişlər. Bu baxımdan Zərifə Əliyeva yalnız bir alim deyil, həm də bir məktəbin yaradıcısı kimi qiymətləndirir.

Zərifə Əliyevanın fəaliyyətində insan amili hər zaman ön planda olmuşdur. O, həkimlik peşəsinin yalnız bir ixtisas kimi deyil, insanlara xidmət missiyası kimi qəbul edirdi. Onun həyat yolu sadəlik, səmimiyyət və yüksək mənəviyyat nümunəsi idi. Zərifə Əliyeva əldə etdiyi uğurlara baxmayaraq hər zaman təvazökar olmuş, insanlarla ünsiyyət sadəliyini qoruyub – saxlamışdır. Bu keyfiyyətlər onun yalnız alim kimi deyil, həm də böyük insan kimi sevdirən amillərdən idi.

Zərifə Əliyevanın həyatı və fəaliyyəti Azərbaycan səhiyyəsinə həsr olunmuş şərəfli və mənalı bir ömür kimi qiymətləndirilir. O, öz zəhməti, biliyi və insanlara olan sevgisi ilə yaddaşlarda əbədi iz qoymuşdur. Belə şəxsiyyətlər yalnız yaşadığı dövrün deyil, gələcək nəsillərin də mənəvi sərvətinə çevrilir. Zərifə Əliyevanın adı Azərbaycan tibb tarixində daim hörmətlə çəkiləcək və onun xidmətləri heç zaman unudulmayacaqdır.

Səbinə İsmayılova

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri