Icma.az
close
up
RU
Nurlu xatirəsi qəlblərdə daim yaşayan görkəmli alim

Nurlu xatirəsi qəlblərdə daim yaşayan görkəmli alim

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Akademik Zərifə Əliyeva Azərbaycan elminin və səhiyyəsinin inkişafında mühüm rol oynamış görkəmli alim, oftalmoloq və ictimai xadim Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanda görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində  dünyaya göz açmışdır. Zərifə xanımın həyat yolu elmə, insanlara xidmətin və yüksək mənəvi dəyərlərə sədaqətin parlaq nümunəsidir.

Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan Zərifə Əliyeva  ixtisasını oftalmologiya sahəsində davam etdirmişdir. O, göz xəstəliklərinin, xüsusilə də peşə ilə bağlı yaranan görmə problemlərinin öyrənilməsində böyük elmi nailiyyətlər əldə etmişdir. Onun apardığı tədqiqatlar nəticəsində ölkəmizdə inkişaf edtirilən kimya və sənaye sahəsində çalışan insanlarda yaranan göz xəstəliklərinin qarşısının alınması üçün mühüm metodlar hazırlanmışdır.

Alimin elmi fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamış, həmçinin beynəlxalq səviyyələrdə də tanınmışdır. Zərifə Əliyeva tibb elmləri doktoru, professor olmuş və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun elmi əsərləri bu gün də oftalmologiya sahəsində dəyərli mənbə hesab olunur.

 Zərifə xanım həm də yüksək mənəviyyatı, sadəliyi və insanlara olan qayğıkeş münasibəti ilə seçilirdi. O, minlərlə insanın sağlamlığına qovuşmasına kömək etmiş, həkimlik peşəsini böyük məsuliyyət və sevgi ilə icra etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı olan Zərifə xanım xalqımızın milli dəyərlərinə sədaqət nümunəsi göstərməklə Vətənə layiq övladlar yetişdirmiş, adət-ənənələrimizi yaşadan ailə dəyərlərini daim uca tutmuşdur.

 Zərifə Əliyeva uzun illər həkim kimi çalışaraq minlərlə insana şəfa vermişdir. O, yalnız xəstələri müalicə etməklə kifayətlənməyib, həm də gənc həkimlərin yetişdirilməsində böyük rol oynamışdır. Onun tələbələri sonradan Azərbaycanın müxtəlif bölgələrində uğurlu fəaliyyət göstərmişlər.

Zərifə Əliyeva həm də fəal ictimai xadim idi. O, səhiyyənin inkişafı, insanların sağlam həyat tərzinin təşviqi və tibbi maarifləndirmə istiqamətində mühüm işlər görmüşdür. İnsanlara qarşı həssaslığı, sadəliyi və qayğıkeşliyi ilə seçilmişdir.

Elmi və tibbi fəaliyyəti yüksək qiymətləndirilən, bir çox mükafat və fəxri adlara layiq görülən Zərifə xanım Əliyeva akademik adını qazanaraq Azərbaycan elminin zirvəsinə yüksəlmişdir. Onun fəaliyyəti Azərbaycan tibb tarixində silinməz iz qoymuşdur. O, yalnız böyük alim deyil, həm də humanist, insanlara sevgi ilə yanaşan bir şəxsiyyət kimi yadda qalmışdır. Bu gün də onun irsi gənc həkimlər üçün nümunədir.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”.

Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.

Böyük alim, dəyərli içtimai xadim, xalqını və vətənini dərin məhəbbətlə sevən, Azərbaycan qadının milli mentalitetini daim uca tutan Zərifə xanım Əliyeva Azərbaycan xalqının qəlbində daim yaşayır. Bu gün onun adı tibb müəssisələrinə, küçələrə və məktəblərə verilmiş, elmi irsi isə gələcək nəsillər üçün örnəkdir.

Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın tibb aləmində açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Rauf Hüseynov

YAP Culfa şəhər Heydər Əliyev prospekti 33 ərazi partiya təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Aprel 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see314

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see309

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see221

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see189

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri