Icma.az
close
up
RU
“Nürnberq böyük səhvə yol verib” klub Mahirlə müqavilə müddətini uzatmalıdımı?

“Nürnberq böyük səhvə yol verib” klub Mahirlə müqavilə müddətini uzatmalıdımı?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Mahir Emrelinin “Nürnberq”dəki uğurlu çıxışı karyerasını Almaniyanın 2-ci bundesliqasında davam etdirə biləcəyi yönündə gözləntiləri artırıb.
Bilindiyi kimi, klubla millimizin üzvü arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq. Görəsən, müddətin artırılmasıyla bağlı danışıqların başlanması ehtimalı varmı? Adətən, klublar bacarıqlı oyunçularını itirməmək üçün bu prosesi qış aylarında başladır.
Mövzu haqda fikirlərini öyrənmək üçün təcrübəli menecer Tural Əsgərova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Birincisi, “Nürnberq”in Mahirlə birillik müqavilə bağlaması çox yalnış addımdı. Klub böyük səhvə yol verib. Bəlkə də müddətin artırılmasıyla bağlı danışıqlara artıq start verilib. Sadəcə, bizim xəbərimiz yoxdu. İkincisi, belə məsələlər yalnız qolların sayıyla tənzimlənmir. Burda bir neçə məqam var. Futbolçunun nəinki oyunlarda keçirdiyi vaxt, məşqlərdəki performansı, hətta məşqdənkənar fəaliyyətinə diqqət edilir. Məsələ Mahirdən və klubdan asılıdı. İndi dörd qol vurduğuna görə Emreliylə müqavilənin müddətinin artırılmasının vacib olduğunu desək, doğru olmaz. Hələ qarşıda oyunlar var. Yəqin ki, futbolçunun buraxdığı və ya qol vurmadığı oyunlar da olacaq. Belə hadisələr Messinin, Ronaldonun da başına gəlib”.


Tural bəydən baş məşqçi Miroslav Klozenin Mahirlə bağlı narazılıqları haqda fikirlərini də soruşduq:

“İnanmıram ki, hansısa məşqçi futbolçusunun tam ideal, fantastik çıxış etdiyini, performansından tam razı qaldığını desin. Kloze səhv danışmır ki... Məncə, Mahir həqiqətən daha yaxşısını edə bilər. Baş məşqçi də bunu arzulayır. Üstəlik baş məşqçi ilə oyunçu arasında münasibətlər yaxşıdı. Hadisələrinin axarının nə ilə nəticələnəcəyini zaman göstərəcək. Emreli start heyətindəki yerini qorumalıdı”.


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Noyabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri