Nürnberq dən açıqlama: Mahir Emrelinin komandadan ayrılması xəbərləri şayiədir
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
"Mahir Emrelinin komandanı tərk etməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir".
İdman.biz Oxu.az-a istinadən xəbər verir ki, bunu azərbaycanlı futbolçunun çıxış etdiyi "Nürnberq"in mətbuat xidmətinin rəhbəri Pia Lisa Kienel deyib.
O, Mahirin meydana çıxması ilə bağlı sualların baş məşqçinin qərarından asılı oldğunu bildirib: "Mahir Emrelinin komandadan ayrılması xəbərləri, sadəcə, şayiədən ibarətdir. Biz şayiələrə heç bir cavab vermirik. Futbolçu hazırda komanda ilə məşqləri davam etdirir. Növbəti oyuna çıxıb-çıxmayacağı barədə nəsə deyə bilmərik. Bu, baş məşqçinin qərarıdır və oyundan iki saat öncə bildirilir. Transfer məsələsinə gəlincə isə bu, açıq şəkildə oyunçularımızın hər birinə aiddir. Əgər elan ediləcək bir məlumat olarsa, klub bunu vaxtında edəcək", - deyə mətbuat katibi əlavə edib.
Qeyd edək ki, Mahirin karyerasını Cənubi Koreyada davam etdirəcəyi xəbərləri yayılıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Fevral 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















