Nürnberq rəsmisi Mahir Emrelinin hansı şərtlə klubdan ayrıla biləcəyini açıqlayıb
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın "Nürnberq" klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu Mahir Emrelinin komandadan hansı şərtlə ayrıla biləcəyini açıqlayıb.
"Report" xəbər verir ki, funksioner bu barədə "Bild" nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə maraqlanan Cənubi Koreya təmsilçisi "Seul"dan təkmilləşdirilmiş təklif olmayıb:
"Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq".
İdarə Heyətinin üzvü Emrelinin məşqlərə başladığını da söyləyib:
"Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir "Nürnberq" üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq".
Qeyd edək ki, Mahir Emreli ötən yay Zaqreb "Dinamo"sundan "Nürnberq"ə keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Fevral 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















