Icma.az
close
up
RU
Nurziya Xəlilova: Mən xalçanı özüm üçün zəngin vizual bir sistem kimi kəşf etdim MÜSAHİBƏ

Nurziya Xəlilova: Mən xalçanı özüm üçün zəngin vizual bir sistem kimi kəşf etdim MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, Mikayıl Məmmədov, AZƏRTAC

Nurziya Xəlilova xalçanı vizual və fəlsəfi sistem kimi tədqiq edən gənc memar, rəssam və fotoqrafdır. Əsərləri ilə o, xalçanın keçmiş deyil, gələcək üçün resursun olduğunu sübut edir və türk xalçasının insanın qarşılıqlı əlaqədə ola biləcəyi və olmalı olduğu canlı məhsul olduğunu deyir.

Bu gün o, mühazirələr oxuyur, müşahidələrini, düşüncələrini və kəşflərini bölüşür, incəsənəti, dizaynı və tədqiqatı tam və zəngin təcrübəyə inteqrasiya edir.

Nurziya Xəlilova AZƏRTAC-a müsahibəsində xalçanın “vizual kodu”ndan, memarlıq ahəngindən, unudulmuş mənalarından danışıb, gələcək üçün tədqiqat planlarını bölüşüb.

- Xalçanın vizual bir sistem kimi tədqiqinə necə gəldiniz?

- Mən xalçanı özüm üçün təcrübədə maraqlarımın və peşəkar fəaliyyətimin kəsişməsində zəngin vizual bir sistem kimi kəşf etdim. Bakıda universiteti bitirdikdən sonra Sankt-Peterburqa qayıtdım və onu artıq adi bir şəhər sakini deyil, memar baxışları ilə müşahidə etdim. Memarlıq və şəhər quruluşunun klassik ritmi tanınır. Bu harmoniyaya yalnız heyran olmaq qalırdı. Demək olar ki, dörd il sonra mən Bakıya qayıtdım. Sankt-Peterburqdakı forma və kompozisiyalar sisteminin ahəngdarlığından sonra şüuraltı olaraq vizual təhlil davam edirdi və məndə belə bir sual yarandı: “Azərbaycan memarlığı və şəhərsalması nəyə əsaslanır?”. Bu suala konkret cavab tapılmadı. Amma hələ ki, mən qrafik dizayner və rəssam kimi fəaliyyətimdə dizayn və memarlığın müxtəlif sahələrində, hətta milli kimliyin formalaşmasında vizual və başqa mənada istifadə üçün universal olan “xalçanın dili”ni kəşf etmişəm. Bununla da mən hesab edirəm ki, “xalçanın dili”nin tədqiq edilməsi ixtisaslaşmış mütəxəssislərdə bizə lazım olan o əlverişli dəyişikliklər üçün lazımi keyfiyyətlər və bacarıqlar yetişdirəcək.

- Məhz türk xalça ənənəsində sizi cəlb edən nədir? Dizayn və memarlıq kontekstində onu unikal edən nədir?

- İlk növbədə türk xalçaçılıq ənənəsi məni öz həndəsəsi və kompozisiya prinsipləri, daha sonra isə fəlsəfəsi ilə cəlb edir. Məhz türk xalçasının fəlsəfəsi onun dekorativlik aləmində itməsinə imkan vermir. Buna görə də mən ənənələrin daha dərindən dirçəldilməsi, xalçanın, xüsusən də Azərbaycanda universal vizual dilə çevrilməsi üçün çox can yandırıram.

- Sizcə, vizual xalça dili niyə itirilmiş sistemə çevrildi?

- Xalça sistemi bir vizual dil kimi insandan və ya onun fəaliyyətindən kənarda da mövcuddur, lakin digər məsələ ondan ibarətdir ki, biz bu dildən artıq istifadə etmirik, bununla da fərdi yaradıcılıq istiqamətlərinin ahəngdar inkişafı imkanlarını, ən əsası isə onu mədəni və mental yaddaşda əsas vahid kimi itirmişik. Bu dildən artıq istifadə etmədiyimiz, türk xalçası fəlsəfəsini itirməyimiz tarixi hadisələrdən və mental özəlliyimizdən - unutqanlıqdan irəli gəlir. Azərbaycan dilində yaxşı bir atalar sözü var - “ağac kök üstə bitər”.

Xalça kompozisiyası prinsipləri və ya ornamentlər həndəsəsi əsasında öyrənilməsi və yaradılması düzgün olar. Ən azından əsərlərdə xalça ornamentlərini düzgün stilləşdirməyi öyrənmək lazımdır. Mən mühazirəm zamanı bunun necə edilə biləcəyinə dair həm öz işlərimi, həm də həmkarlarımın işlərini aydın şəkildə nümayiş etdirdim.

- Mühazirələrinizin birində siz “mədəni DNT” və “vizual kodlar” haqqında danışırsınız. Siz bu anlayışlarda nəyi nəzərdə tutursunuz və onlar yaradıcılığınızda özünü necə göstərir?

- Mədəni DNT və vizual kodlar bir rəssam kimi tədqiq etdiyim əsas məqamlardan biridir. 2019-cu ildən qrafik dizaynda ornamentlərlə işləyirəm, lakin bu məsələdə ornamentlər mövzusu ilə kifayətlənmirəm. Mən mühakimələrimə gördüklərimi təhlil edərək gəlirəm. Gördüyüm odur ki, aktiv qloballaşmaya baxmayaraq, müəyyən ərazidə, fərqli mədəni dəyərlər sistemində, müxtəlif iqlim şəraitində yaşayan insanların psixi xüsusiyyətləri onsuz da müşahidə olunur. Bu müxtəlifliyi görmək mənim üçün vacibdir. İnanmıram ki, unifikasiya və simasızlaşdırma hər hansı bir mənada yaxşılığa səbəb olsun. Məni heyrətə gətirən odur ki, hər hansı bir yolla, çox güman ki, hətta şüursuz da olsa, bir az da olsa, öz şəxsiyyətini qoruyub saxlamaq mümkündür. Mən bunu öz yaradıcılığımda göstərməyə çalışıram və bu anlayışlar təkcə Azərbaycanın DNT-si və kodları ilə bağlı deyil. Sankt-Peterburq və Kareliya boyunu timsalında memarlıq və mənzərə ilə fotoqrafiya sahəsində əldə etdiyim nailiyyətləri uğurlu hesab edirəm.

- Siz xalça haqqında “ölü dil” kimi danışırsınız. Bu biliyi müasir vizual kontekstə qaytarmaq şansımız varmı?

- Bəli, təəssüf ki, biz axı xalça dilini necə işlətməyi unutmuşuq və təkrar edirəm, bu, vizual mədəniyyətimizə, onun dəyərlərinə mənfi təsir göstərmişdir. Mən bu sahədə heç də qabaqcıl deyiləm. Məndən əvvəl Siyavuş Aslan, Elçin Şamilli var, onlar mənim yaşımdan çox müddət ərzində xalçanı, onun dirçəlişi ilə bağlı məsələləri öyrənirlər. Mən isə öz baxışlar prizmasından və hələ bir az təcrübəm olsa da deyirəm, danışıram, misallar göstərirəm, öz növbəmdə “təbliğ etdiyim”i yaradıcılığıma tətbiq edirəm.

- Bədii təcrübənizdə fotoqrafiya hansı rol oynayır? Vizual və emosional olanların bir tədqiqatçısı kimi o sizə nə verir?

- Fotoqrafiyaya xüsusi münasibətim var. Yeddi-səkkiz yaşım olandan şüurlu şəkildə plyonkalı fotoaparatla şəkillər çəkirəm, on yaşımda valideynlərim mənə rəqəmsal fotoaparat hədiyyə etdilər. Mən onu indiyə qədər qoruyub saxlamışam. Bu mənim həm memarlıqda, həm də bədii praktikada əsas alətlərimdən biridir. Bu, görmək, tutmaq və sonradan təhlil etmək deməkdir. Hər zaman məşhur uğurlu kadrı tutmaq mənim üçün vacib deyil, fotoqrafiya vasitəsilə mən ətrafımdakı dünyanın həndəsəsini, cisimlərin formasını, işıq və kölgəsini, insanın və ya təbiətin əli ilə təsadüfən yaradılmış kompozisiyanı öyrənirəm. Və təbii ki, emosiyaları.

- Yaxın gələcəklə bağlı hansı yaradıcılıq və tədqiqat planlarınız var? Yenicə yaxınlaşdığınız, lakin artıq gücünü hiss etdiyiniz mövzular varmı?

- Artıq bir ildən çoxdur ki, memar, dizayner və rəssam kimi fəal tədqiqat mövqeyindəyəm. Bundan əvvəl zəruri praktik təcrübə dövrü idi. Mən indi Azərbaycan memarlığının tarixi qatının öyrənilməsi yolundayam. Bu istiqamətdə müəyyən addımlar atıram, hazırda bununla maraqlanıram, gələcəkdə bu, ciddi peşəkar sürət ala bilər. Bu cür tədqiqat istiqaməti ilk növbədə mənim üçün bir qədər gözlənilməzdir, buna görə də gələcəklə bağlı planlar qurmuram. Mənim yaradıcılığımda hər şey daha sabit və ardıcıldır, son illər “artist statement” üzərində işləyirdim və bu, 2024-cü ilin aprelində “Gəl. Sənə əbədi nağıl göstərəcəyəm” adlı fərdi sərgi şəklində ilk bəhrələrini verdi, bu mövzunu inkişaf etdirməkdə davam edəcəyəm. Təbii ki, türk xalçasını və onun tarixini öyrənməyə davam etməyi planlaşdırıram. Bu, uzunmüddətli perspektiv üçün bazadır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri