Nüşabədən Vasif Məhərrəmliyə: Başqasının pulunu, cibini sayımaq olmaz!
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Əməkdar artist Nüşabə Ələsgərli "Tarixin bir günü" verilişində həmkarı Vasif Məhərrəmlinin onu şou-biznesin ən varlı müğənnisi kimi təqdim etməsindən danışıb.
BAKU.WS xəbər verir ki, ifaçı onun "Şou-biznesin ən varlı müğənnisi Nüşabə Ələsgərlidir" sözlərinə əsəbiləşib. O Vasifin bu addımını qınayaraq etiraz edib:
"Başqasının pulunu, cibini sayımaq, demək olmaz. Bu, yaxşı hal deyil. İnsanın zənginliyi onun daxili aləmi ilə ölçülür. Ataların bir sözü var - hər şey var, heç nə yoxdur. O deməkdir ki, bu gün onun hər şeyi ola bilər, amma evində hüzuru yoxdur və maddiyyat gözünə görsənməz. Hər şey var, soyuducu doludur, amma xəstədir, yeyə bilmir. İnsanın zənginliyi, onun sağllamlığıdır. Vasifin elə deməyi xoşuma gəlmədi. Deyir, yalan danışıram. Mən deyirəm, sənin nəyin var, nəyin yoxdur? Hərçənd sən məndən də əskik deyilsən. Amma mənim nəyimə lazımdır. Mən demərəm".
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 09 May 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















