Nüvə başlıqlarına nəzarətlə bağlı ABŞ Rusiya müqaviləsi qüvvədən düşdü
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ və Rusiya arasında imzalanmış Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin(DSNV) müddəti bu gün başa çatıb.
AzPost bildirir ki, bununla bağlı Rusiya XİN bəyanat yayıb.
“Rusiya artıq nüvə başlıqlarının sayına qoyulan məhdudiyyətlərə riayət etməyəcək”-deyə açqlamada vurğulanır. Rusiya Xarici İşlər Nazirliyi müqaviləsinin müddətinin bu gün başa çatdığını bəyan edib. 2023-cü ildə Rusiya müqavilədə iştirakını dayandırıb.Moskva buna səbəb kimi ABŞ-ın strateji aviasiya bazalarına hücumlarda Ukraynaya köməyini, sanksiyalar səbəbindən Rusiya müfəttişlərinə qoyulan məhdudiyyətləri əsas gətirib.
Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi
Qərbdə daha çox “Moskva Müqaviləsi” kimi tanınan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (SORT Müqaviləsi) 24 may 2002-ci ildə Moskvada ABŞ və Rusiya arasında imzalanıb. Müqavilənin şərtləri hər tərəf üçün həyəcan vəziyyətində olan nüvə başlıqlarının sayını 1700-2200 -ə qədər məhdudlaşdırırdı. Bu müqavilə Rusiya və ABŞ tərəfindən birgə təsdiqləndikdən sonra 1 iyun 2003-cü ildə qüvvəyə minmişdi. Onun müddəti 31 dekabr 2012-ci ildə başa çatmalı idi. Yeni müqavilən 5 fevral 2011-ci ildə qüvvəyə minməsi ilə əlaqədar olaraq, SORT Müqaviləsi müddəalarına uyğun olaraq (XIV maddənin 4-cü bəndi) qüvvədən düşmüşdü.
SORT Müqaviləsi SSRİ/Rusiya və ABŞ arasında imzalanmış bir sıra nüvə silahsızlanma müqavilələrindən biri idi.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Fevral 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















