Icma.az
close
up
RU
Nüvə partlayışından sonrakı ilk dəqiqələrdə bunları etmək olmaz

Nüvə partlayışından sonrakı ilk dəqiqələrdə bunları etmək olmaz

Lent az saytına istinadən Icma.az xəbər verir.

Nüvə partlayışı zamanı ilk reaksiyanın həyati təhlükə yarada biləcəyi açıqlanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislərin fikrincə, nüvə zərbəsi zamanı episentrdən kənarda olan insanların düzgün reaksiya vermək üçün cəmi bir neçə saniyəsi olur. Lakin instinktiv olaraq qaçmağa çalışmaq ölümcül səhvə çevrilə bilər.

Məlumata görə, partlayışdan sonra ilk əlamət güclü və gözqamaşdırıcı işıq olur. Partlayış istiqamətinə baxan insanlar, hətta 16 kilometr məsafədə belə, müvəqqəti və ya daimi görmə itkisi ilə üzləşə bilər.

Bir neçə saniyə sonra isə saatda 160 kilometrdən çox sürətlə yüksələn göbələk formasında bulud yaranır. Ekspertlər qeyd edirlər ki, belə vəziyyətdə ən çox edilən səhvlərdən biri dərhal avtomobilə minib hadisə yerindən uzaqlaşmağa çalışmaqdır. Lakin bu, təhlükəsiz hesab olunmur.

Radiasiya təhlükəsizliyi üzrə mütəxəssis Bruk Buddemeier bildirib ki, avtomobil insanı qorumur. Partlayışdan sonra yaranan elektromaqnit impuls bir çox elektron cihazları sıradan çıxara bilər və avtomobillərin böyük hissəsi işləməz vəziyyətə düşə bilər.

Bundan əlavə, insanlar zərbə dalğasını nəzərə almır. Bu dalğa saniyələr və ya dəqiqələr ərzində əraziyə çataraq binaları və nəqliyyatı dağıda bilər. Açıq havada qalmaq isə istilik şüalanması nəticəsində ciddi yanıqlara və uçan qalıqların zərbəsinə səbəb ola bilər. Hətta avtomobil partlayış və impulsdan zərər görməsə belə, o, sonradan yaranan radioaktiv çöküntülərdən qorumaq gücündə deyil.

Mütəxəssislərin əsas tövsiyəsi isə belədir: “qapalı yerə keç, orada qal və məlumatları izləməyə davam et”.

Partlayışdan dərhal sonra möhkəm bina və ya yeraltı sığınacaq tapmaq vacibdir. Ən təhlükəsiz yerlər zirzəmilər və ya binaların mərkəzi hissələri hesab olunur, çünki bu zonalarda radiasiya səviyyəsi daha aşağı olur.

Ekspertlər ən azı 48 saat sığınacaqda qalmağı tövsiyə edirlər. Bu müddətdə radioaktiv çirklənmə səviyyəsi nisbətən azalır və təhlükə minimuma enir.

Qeyd olunur ki, belə hallarda düzgün qərar vermək insan həyatını xilas edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Mart 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri