Icma.az
close
up
RU
Nüvə sazişinin müddəti başa çatdı Dünya uçurumun astanasındadır

Nüvə sazişinin müddəti başa çatdı Dünya uçurumun astanasındadır

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun illər beynəlxalq hüquq normaları, çoxtərəfli konvensiyalar və qarşılıqlı öhdəliklər dövlətlərin davranışını müəyyən edən əsas çərçivə hesab olunurdu. Xüsusilə nüvə silahı ilə bağlı razılaşmalar, yayılmanın qarşısının alınması və nüvə faktorunun yalnız çəkindirici vasitə kimi saxlanılması qlobal sabitliyin əsas dayaqlarından biri idi. Lakin son illərdə baş verən proseslər göstərir ki, beynəlxalq hüququn təsir gücü zəifləyib, böyük dövlətlərin siyasi iradəsi isə daha həlledici rol oynamağa başlayıb. Nüvə təhlükəsizliyi ilə bağlı bağlanan 35 illik sazişin müddəti isə sona çatıb. 
Məsələ ilə bağlı deputat Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, məsələnin mahiyyəti təkcə sazişin müddətinin bitməsi deyil:
"Beynəlxalq norma və prinsiplərin əhəmiyyət kəsb etmədiyi bir dövrdə bu müddət məsələsi konkret situasiyada real təsir gücünü itirir. Prinsip etibarilə nüvə faktorundan çəkindirici vasitə kimi istifadə olunması və münaqişələrin həllində ondan alət kimi istifadə edilməməsi nüvə dövlətlərinin məsuliyyətindən asılıdır. Əgər beynəlxalq normalara, çoxtərəfli konvensiyalara və prinsiplərə əməl olunmadığı mərhələdə yaşayırıqsa, bu halda hansısa sənədin müddətinin bitib bitməməsi də ciddi əhəmiyyət daşımır".
Deputat deyib ki, məsələ sənədin vaxtı deyil, öhdəliklərin real icrasıdır:
"Yeganə ümid ondan ibarət ola bilər ki, rəsmi nüvə dövlətləri nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə əməl etsinlər. Lakin konkret situasiyada həmin öhdəliklərin icra olunub olunmaması və müddətin uzadılıb uzadılmaması praktiki baxımdan həlledici rol oynamır".

Qeyd edək ki, soyuq müharibə dövründən qalan bu razılaşmaların ən böyük hədəfi tərəflərin (əsasən ABŞ və Rusiya) daha çox və daha güclü bomba hazırlamasının qarşısını almaq idi. Saziş müəyyən edirdi ki, bir dövlətin sahib ola biləcəyi nüvə başlıqlarının və onları daşıyan raketlərin sayı konkret limiti keçməməlidir. Bu, iqtisadiyyatları tükəndirən silah yarışını cilovlayırdı. Bu sazişlər tərəflərə bir-birinin hərbi bazalarına baxış keçirmək hüququ verirdi. Yəni, bir dövlət digərinin gizli şəkildə yeni raketlər hazırlamadığından əmin olurdu. Bu şəffaflıq "qəfil hücum" qorxusunu aradan qaldırır və tərəflər arasında minimum etimad yaradırdı. Bu mexanizmlərin sıradan çıxması dövlətlərin bir-birindən yenidən şübhələnməsinə yol açır. Yəni, artıq heç kimin qarşısında hər hansı öhdəlik yoxdur. Dünya yenidən hər kəsin özbaşına hərəkət etdiyi, gizli silahlanmanın artdığı qeyri-müəyyənlik dövrünə qədəm qoyur.
Əfsanə Kamal
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri