Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 10 iyun, AZƏRTAC

2025-ci ildə dünyada nüvə silahlarına ayrılan vəsait rekord səviyyəyə çataraq 119 milyard dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) iyunun 9-da dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, nüvə silahına malik doqquz dövlət — ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya — ötən illə müqayisədə bu sahəyə ayırdıqları vəsaiti 19 faiz artıraraq ümumilikdə təxminən 119 milyard dollar xərcləyiblər.

ABŞ 69,2 milyard dollarla siyahıya böyük fərqlə liderlik edir. Çin 13,5 milyard dollarla ikinci, Böyük Britaniya 12,6 milyard dollarla üçüncü, Rusiya isə 9,5 milyard dollarla dördüncü yerdə qərarlaşıb. Fransa 7,7 milyard dollarlıq xərclə beşinci sırada yer alıb.

ICAN bildirir ki, son beş ildə nüvə silahına malik dövlətlər öz arsenallarına 470 milyard dollardan çox vəsait yatırıb. Təşkilatın ekspertlərinin fikrincə, bu tendensiya yeni və uzunmüddətli silahlanma yarışının başlanğıcından xəbər verə bilər.

Hesabatda vurğulanır ki, ABŞ, Böyük Britaniya və Fransa yaxın onilliklərdə nüvə sistemlərinin modernləşdirilməsinə əlavə milyardlarla dollar vəsait ayırmağı planlaşdırır.

ICAN-ın məlumatına görə, bir sıra ölkələr artıq uzunmüddətli modernləşdirmə proqramlarının icrasına başlayıblar. ABŞ yeni “Sentinel” qitələrarası ballistik raket sistemlərinin hazırlanmasına milyardlarla dollar sərmayə yatırır. Bu raketlərin XXI əsrin sonlarından sonra da istismarda qalması nəzərdə tutulur.

Bundan əlavə, plutonium komponentlərinin istehsalının artırılması planlaşdırılır ki, bu da nüvə başlıqlarının istismar müddətini 2120-ci ilə qədər uzada bilər.

Ekspertlərin hesablamalarına görə, təkcə ABŞ 2025–2034-cü illər ərzində nüvə arsenalına təxminən 1 trilyon dollar vəsait xərcləyə bilər.

ICAN nümayəndələri bildirirlər ki, nüvə silahlarına yönəldilən bu vəsaitlər sosial proqramlara, səhiyyə sisteminə və beynəlxalq humanitar layihələrə sərf oluna bilərdi. Onlar artan hərbi xərclərlə bağlı narahatlıqlarını da ifadə ediblər.

ICAN proqramlarının direktoru və hesabatın həmmüəllifi Susi Snayderin sözlərinə görə, 2025-ci ildə nüvə arsenallarına xərclənən məbləğ BMT-nin 32 illik fəaliyyət büdcəsini maliyyələşdirmək üçün kifayət edərdi. O əlavə edib ki, nüvə silahlarına bir günlük qlobal xərclər belə iki milyondan çox insanın ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verə bilərdi.

Nüvə silahına malik dövlətlər isə bu investisiyaları milli təhlükəsizliyin və strateji çəkindirmə siyasətinin ayrılmaz hissəsi kimi qiymətləndirirlər. Onların fikrincə, mövcud beynəlxalq təhlükəsizlik mühiti nüvə potensialının saxlanılmasını və modernləşdirilməsini zəruri edir.

Bununla belə, silahsızlanma tərəfdarları hesab edirlər ki, hərbi xərclərin artması beynəlxalq sabitliyi möhkəmləndirmək əvəzinə yeni silahlanma yarışını sürətləndirə, qlobal təhlükəsizlik risklərini artıra və dünyanı daha təhlükəli mərhələyə sürükləyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri