Icma.az
close
up
RU
Nüvə tədqiqatlarının azərbaycanlı rəhbəri

Nüvə tədqiqatlarının azərbaycanlı rəhbəri

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Firuz MUSTAFA,
Əməkdar incəsənət xadimi
Onun adını ilk dəfə ötən əsrin 80-ci illərində eşitmişəm. İndiki AMEA-nın bağında söhbət etdiyim gənc fizika alimi bir müddət Moskvada və Leninqradda təhsil almışdı. Tanışım söhbət əsnasında Rusiyada yaşayan bir alimin adını şəkdi: “Çayxorski”. Düzü, bu soyad o vaxt mənə qəribə gəldi. Tanışım tam ciddiyyətlə onu da əlavə edib dedi ki, bilirəm, bu familiya, əslində, az adama tanışdır, çünki alimin adı “məxfilər” siyahısındadır, amma nüvə texnologiyası sahəsində çalışan mütəxəssislər onu çox yaxşı tanıyırlar.
Abbas Çayxorski - SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1991), SSRİ Dövlət mükafatı laureatı, neptunium elementinin kimya sənayesində dünya şöhrətli tədqiqatçı, yeni Dövri sistem­lər cədvəlinin yaradıcısı, kimya elmləri doktoru, professor.
Abbas Abbasəli oğlu Çayxorski 21 yanvar 1917-ci il tarixdə indiki İrəvan quberniyasının Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuşdur. 1918-ci ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən öz doğma yurdlarından qovulması nəticəsində Abbasın ailə üzvləri əvvəlcə Ağdama, oradan da Ağdaşa köçürlər. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir. O, burada orta məktəbi bitirərək Bakıya gəlir, əvvəlcə texnikuma, sonra isə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olur.

Abbas Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Əslində isə o, 1937-ci ildə NKVD tərəfindən güllələnib. Abbas Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb.
İki ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Qafqaz, Krım və Şimali Qafqaz cəbhələri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci ilin avqustunda yaralanaraq hospitala götürülən Abbas, sağaldıqdan sonra baş serjant rütbəsində yenidən ön cəbhəyə qayıdır, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanır, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunur.
Gənc zabit 1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənmiş və iyunda “Qızıl ulduz” ordeninə layiq görülmüşdür.
Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayıb və tezliklə onu təhsil əlaçısı, Stalin təqaüdçüsü kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçiriblər.
Çayxorski 1947-ci ildə Çelyabinskdə yenicə təşkil olunmuş Atom Mərkəzinə işləməyə göndərilib və burada akademik İqor Kurçatovla birlikdə fəaliyyət göstərib. O, Kurçatovun ən layiqli tələbələrindən və davamçılarından biri hesab olunurdu. Həmin mərhələdə soydaşımız nüvə reaktorunun təhlükəsiz istismar prosesini tədqiq etməyə başladı. Bu üsulu alimin həmkarları yarıciddi-yarızarafat “Çayxorski çaxırı” (“Портвейн Чайхорского”) adlandırırdılar.
1948-ci ildə ilk Sovet atom reaktoru işə salınanda Abbas, Çelyabinsk Atom Mərkəzində kiçik elmi işçi idi. Tezliklə gənc tədqiqatçı radioaktiv elementlərin kimyəvi tərkibinin tədqiqi işinə cəlb olundu. Həmin dövrdə atom sənayesinin təkmilləşməsində daha bir məşhur bakılı alim, akademik Lev Landaunun da diqqətini çəkən Çayxorski tezliklə elmi və vəzifə pillələri ilə irəliləməyə başladı.
Bir haşiyə çıxaraq demək istəyirəm ki, akademik Kurçatovun Azərbaycana xüsusi rəğbəti vardı. Görünür, bu da onun Bakıya bağlılığından irəli gəlirdi. Axı gələcəyin böyük alimi Rusiyada texniki ali məktəbdə ali təhsil aldıqdan sonra Bakıya gəlmiş, burada Azərbaycan Politexnik Universitetinin fizika kafedrasında assistent işinə qəbul olunmuşdur. O, Bakıda tanış olduğu Marina adlı xanımla sonralar ailə qurmuşdu. Marina gələcəyin daha böyük bir alimi–akademik Kirill Sinelnikovun bacısı idi. Kirill həmin dövrdə Bakı Dövlət Universitetində fizika və elektrotexnika kafedrasında dərs deyirdi.
Abbas Çalyabinskdə öz tələbə yoldaşı Yevgeniya Romanova (Çayxorskaya) ilə ailə qurur və 1953-cü ildə onların övladı Aleksandr dünyaya gəlir. Əldə olan xatirələrdən belə məlum olur ki, Abbas Çayxorski istedadlı alim olmaqla yanaşı, ciddi ata, obyektiv insan olmuşdur. O illərin ab-havasını əyani göstərən daha maraqlı bir faktı alimin öz oğlu Aleksandrın xatirələrindən oxuyuruq. Məsələ burasındadır ki, Aleksandrı 1973-cü ildə Leninqrad Universitetindən qovurlar, həmin vaxt rektor Abbas Çayxorskinin yaxın dostu idi. Ancaq bu dostun nə Aleksandrın oradan qovulmasından, nə də ümumiyyətlə həmin universitetdə tələbə olmasından xəbəri yox imiş. Bir sözlə, “tanışlıq”, “tapşırma” kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad idi ki, bu da alimin mənəvi keyfiyyətlərini əyani əks etdirir.
Yeri gəlmişkən, ali məktəbdən qovulan Aleksandr orduya xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavodunda və s. yerlərdə baş verən yanğınların söndürülməsində iştirak etmiş, işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunmuşdur. Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıtmış – bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışmışdır.
Çayxorski 1955-ci ildə Kurçatovun xeyir-duası və akademik Xlopinin dəvəti ilə Leninqraddakı Atom Sənayesi Nazirliyində fəaliyyətə başlamışdır. O, 1969-cu ildə atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunub və bu vəzifədə SSRİ-nin süqutuna qədər – 22 il çalışır.
Bu 22 il ərzində ailədə daha mühüm bir hadisə baş verir – oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdi 10 il davam edir, sonunda o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək, 1987-ci ildə Stokholma yollanır, daha sonra Amerikaya köçür.
Abbas Çayxorskinin nəzəri tədqiqatları elm aləmində yüksək qiymətləndirilir. O, neptunium elementinin kimya sahəsində tədqiqi üzrə dünya şöhrətli tədqiqatçıdır. Alimin hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) keçmiş SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı. Beşinci kvant ədədinin kimya elminə gətirilməsi də məhz Abbas Çayxorskinin adı ilə bağlıdır. Həmin kvant ədədinin elmə əvvəldən məlum olan dörd kvant ədədi ilə birlikdə öyrənilməsi digər elementlərin atomlarının xassələrini daha dərindən və hərtərəfli öyrənməyə imkan yaratdı.
Alimin ən böyük uğurlarından biri də kimya elminin əldə etdiyi yeni nailiyyət və kəşflərinə istinad edərək Mendeleyev cədvəlinin əlavələr edilməsi ilə bağlıdır. O, “Yeni Dövri sistemlər cədvəlinin” müəllifi hesab olunur.
Azərbaycan, rus və xarici ölkə mət­buatında Çayxorski ilə bağlı az da olsa məlumatlara rast gəlmək mümkündür. Məşhur alim 2004-cü ilin aprelində Bakıda olarkən “Azerbaydjanskie İzvestiya” qəzetinin müxbiri ondan müsahibə almış və bu müsahibəni qəzetin 2004-cü il 3 aprel tarixli nömrəsində dərc etdirmişdir.
Əldə edilən yığcam məlumatlardan bəlli olur ki, 1997-ci ilə qədər Abbas Çayxorski Rusiya Federasiyasında yaşayıb və 1997-ci ildə ABŞ-a, Nevada Ştatına, oğlunun yanına köçüb. Lakin onun ABŞ-a köçməsi, qeyd etdiyimiz kimi, elə də asan olmayıb. O, vətəndaşlığını dəyişmək haqqında ərizə verdikdə (onun artıq 80 yaşı var idi və ağır xəstəliyə düçar olmuşdu) Rusiya Federasiyasının xüsusi xidmət orqanları onun SSRİ dövründə gərgin əməyi ilə əldə etdiyi bütün elmi adları, titullarını almış, həmçinin öz elmi istiqaməti sahəsində heç bir ölkədə danışmamaq və tədqiqat aparmamaq haqqında, necə deyərlər “öz dilindən” rəsmi razılıq sənədi almışlar.
Bununla da Abbas Çayxorski kimi böyük xidmətləri olan bir şəxsiyyəti elmin tarixi səhifələrindən silmək istəmişdilər. Halbuki alimin 1949-1985-ci illər arasında 96 elmi əsəri məhdud dairədə çap olunaraq, bu günəcən RF-nin qapalı elmi ədəbiyyatları arxivində saxlanılmaqdadır.

ABŞ-da olarkən də bir sıra nüfuzlu beynəlxalq elmi toplantılarda iştirak etmişdir. Azərbaycanlı alimin adı elmi dairələrdə Spitsin, Penniman, Siborq kimi Nobel ödülçülərinin adı ilə yanaşı çəkilir. Onu, adətən, “Sovet atom sənayesinin məxfi, sirli ulduzu” adlandırırlar. 2004-cü ildə Azərbaycan MEA Abbas Çayxorskiyə fəxri doktor adı vermişdir.
Abbas Çayxorski 2008-ci il avqustun 27-də ABŞ-ın Nevada ştatındakı Rino şəhərində 91 yaşında vəfat etmişdir. Məndə olan məlumata görə, alimin nəşinin külü, öz istəyinə uyğun olaraq, Bakının köhnə qəbiristanlığında dəfn edilib. Qəbri nurla dolsun, ruhu şad olsun.

Müəllifin bütün yazıları - Firuz MUSTAFA

Bütün yazarlar

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see204

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see172

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri