Icma.az
close
up
RU
Nüvədi kəndini Ermənistandan geri almalıyıq! TƏKLİF

Nüvədi kəndini Ermənistandan geri almalıyıq! TƏKLİF

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

SSRİ zamanı Moskvanın vasitəsilə Ermənistanın Azərbaycandan qopardığı ərazilərdən biri də Nüvədi kəndidir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı olub.

Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işlər aparılır.

Məhz bu istiqamətdə gedən müzakirələrdə Nüvədinin yenidən Zəlingan rayonunun tərkibində Azərbaycanın sərhədlərinə daxil edilməsi məsələsinin gündəmə gətirilməsini təklif edənlər var.

Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlimi Mərkəzinin direktoru,  ermənişünas araşdırmaçı İsmayıl Tanrıverdi bildirib ki, Nüvədi kəndi mütləq şəkildə Azərbaycana qaytarılmalıdır:

“Nüvədi tarixən Azərbaycanın Zəngilan rayonunun bir hissəsi olub. Sonradan bu ərazini ermənilər Moskvanın vasitəsilə Azərbaycandan xahiş edərək alıblar. Orada qədim tarixi abidələrimiz, babalarımızın qəbirləri var.  Ermənilər bütün bunları ört-basdır edib, gizlətməyə çalışırlar, lakin hərdən də "görəsən bu abidələri azərbaycanlılar - türklər necə ərsəyə gətirib?" deyə öz-özlərinə sual verirlər. Ermənilərin dediklərinə görə, hazırda Nüvədidə 46 ailə yaşayır, bəlkə də bu göstərici daha aşağıdır. Nüvədidə yaşayan ermənilər narazıdırlar. Onlar əkib-becərdikləri ən keyfiyyətli meyvələri sata bilmirlər. Orada yaşayan ermənilər dövlət tərəfindən onlara heç bir yardım göstərilməməsindən şikayət edirlər. Vəziyyətləri ağırdır, öz ümidlərinə yaşayırlar”.

İ.Tanrıverdi vurğulayıb ki, Azərbaycan Nüvədinin qaytarılması ilə bağlı konkret şərt qoyulmalıdır:

“Dövlətimiz tərəfindən "Nüvədi bizim olmalıdır" deyə konkret şərt qoyulmalıdır. Onlar deyirlər ki, "Artvaşen" (Gədəbəydəki Başkənd-red.) Ermənistana qaytarılmalıdır. Ancaq özləri də deyirlər ki, kənd tamamilə türklərin əhatəsində olduğundan ermənilər heç vaxt gedib orada yaşamayacaqlar.

Tarix sahəsində işləyən nüvədililər də bu məsələni qaldırmalı, üstündə durmalı, tələb etməlidirlər. Orada bizim abidələrimiz, atalarımızın qəbirləri durur. Biz mütləq ora qayıtmalıyıq. Məncə, dövlət səviyyəsində məsələni qaldırmalıyıq. Mütləq o məsələ bizim xeyrimizə həll olunmalıdır, yoxsa biz uduzmuş olarıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri