“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi ARDNF yə də təsir edəcək
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin texnologiya nəhəngi “Nvidia” bazar kapitallaşması üzrə yeni tarixi rekorda imza atıb.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, şirkətin ümumi bazar dəyəri 5,5 trilyon dolları keçərək bu həddi aşan ilk şirkət kimi tarixə düşüb.
Ticarət sessiyası zamanı “Nvidia” səhmləri təxminən 3 faiz bahalaşıb və nəticədə şirkətin bazar kapitallaşması 5,52 trilyon dollara yüksəlib.
Analitiklər hesab edirləe ki, artımın əsas səbəblərindən biri “Nvidia”nın baş direktoru Tayvanəsilli Jen Hsun Huangın ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Çinə səfər etməsi olub.
Bundan əvvəl mediada Huangın ABŞ nümayəndə heyətinə daxil edilmədiyi bildirilsə də, Donald Tramp sonradan “Nvidia” rəhbərinin artıq “Air Force One” təyyarəsində olduğunu təsdiqləyib.
Son yüksəliş “Nvidia”nın dünyanın ən dəyərli şirkəti kimi mövqeyini daha da gücləndirib. Şirkət bazar kapitallaşmasına görə əsas rəqiblərini xeyli qabaqlayır. Belə ki, “Alphabet”in bazar dəyəri təxminən 4,7 trilyon dollar, “Apple”ın isə 4,3 trilyon dollar səviyyəsində qiymətləndirilir.
“Nvidia” səhmləri son bir ay ərzində təxminən 20 faiz bahalaşaraq bir səhm üçün 220 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, şirkətin səhmləri 30 mart tarixində 2026-cı ilin ən aşağı göstəricisi olan 165,17 dollara qədər geriləmişdi.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən ən çox yatırım edilən səhmlər də “Nvidia”ya məxsusdur.
Fondun “Nvidia” səhmlərinə yatırdığı vəsaitin dəyəri 2024-cü ildə 557 milyon dollar olduğu halda, ötən il 785 milyon dollara yüksəlib. Fondun səhm portfelində “Nvidia” səhmlərinin payı 5,5%-dən 5,4%-ə ensə də, siyahıda yenə də liderliyini qoruyur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Nvidia nın bazar dəyəri yarım trilyon dollar azalıb
28 Yanvar 2025 08:26
Nvidia nın bazar dəyəri tarixdə ilk dəfə olaraq 4 trilyon dolları ötüb
09 İyul 2025 21:25
Bazar dəyəri 1 trilyon dolları keçdi
06 May 2026 12:51
“Nvidia” bazar dəyəri 4 trilyon dollara çatan ilk qlobal şirkətdir
10 İyul 2025 12:16
Nvidia səhmləri rekord qırıb bazar dəyəri 5,7 trilyon dollara çatıb
05 Oktyabr 2026 08:30
Baxış sayı:134
Bu xəbər 14 May 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















