Icma.az
close
up
RU
NYT: İran İsfahandakı obyektin dağıntıları altından zənginləşdirilmiş uran çıxara bilər

NYT: İran İsfahandakı obyektin dağıntıları altından zənginləşdirilmiş uran çıxara bilər

Icma.az bildirir, Moderator.az portalına istinadən.

İran İsfahandakı nüvə obyektinin dağıntıları altında qalan əsas yüksək zənginləşdirilmiş uran ehtiyatını dar tunel vasitəsilə əldə edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məxfi hesabatlarla tanış olan bir neçə rəsmi şəxsə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, fevral ayında çəkilmiş peyk görüntülərində qərb girişi də daxil olmaqla, tunellərin bir neçə girişində genişmiqyaslı qazıntı işləri aparıldığı görünür. Kommersiya peyklərindən əldə edilən ardıcıl görüntülərdə torpaqda hərəkətlilik qeydə alınıb. Bununla belə, NYT bildirib ki, torpağın daşındığı, yoxsa gələcək zərbələrdən qorunmaq üçün girişlərə yığıldığı aydın deyil.

Sözügedən uran ehtiyatları 12 günlük müharibə zamanı ABŞ-nin zərbələrindən sonra dağıntılar altında qalıb. Amerika rəsmiləri bildiriblər ki, ABŞ kəşfiyyatı İsfahandakı obyekti fasiləsiz müşahidə edir. Onların sözlərinə görə, ABŞ İranın və ya digər qrupların uran ehtiyatlarının yerini dəyişmək üzrə istənilən cəhdini aşkar etmək və buna reaksiya vermək iqtidarındadır.

NYT qeyd edib ki, İsfahanda dağıntılar altında qalan uran ehtiyatı İranın nüvə silahı yaratması üçün əsas element ola bilər. Bununla yanaşı, qəzet vurğulayıb ki, İranın qaz halında olan və konteynerlərdə saxlanılan uranın yerini nə qədər tez dəyişə biləcəyi hələlik aydın deyil.

Amerika rəsmilərinin məlumatına görə, İran təxminən 970 funt (təxminən 440 kq) yüksək zənginləşdirilmiş urana malikdir və bu ehtiyat, əsasən, İsfahanda yerləşir. Uranın cari zənginləşdirilmə səviyyəsi 60 % təşkil edir, nüvə silahı yaratmaq üçün onu 90 %-ə çatdırmaq lazımdır. NYT yazıb ki, əgər sentrifuqalar işlək vəziyyətdədirsə, bu addımı həyata keçirmək nisbətən asandır.

Xatırladaq ki, 2025-ci ilin iyununda ABŞ İsrailin hərbi kampaniyasına qoşularaq nüvə təhdidinin aradan qaldırılması üzrə əməliyyat çərçivəsində İranın əsas nüvə obyektlərinə zərbələr endirib. Hücumun hədəfləri Fordo, Natanz və İsfahandakı yeraltı komplekslər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri