Icma.az
close
up
RU
NYT: “Sülh danışıqları oyunu davam edir”

NYT: “Sülh danışıqları oyunu davam edir”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, sözügedən planla bağlı rusiyalı analitiklərin skeptik bəyanatlarına istinad edən Amerikanın “The New York Times (NYT)” nəşri belə iddia irəli sürüb.
Beynəlxalq məsələlər üzrə analitik Aleksey Naumov qəzetə müsahibəsində bunu tam ələsalma kimi qiymətləndirib. Onun iddiasına görə, Kiyevin ideyası aydındır: bunu amerikalılara kompromis kimi təqdim etmək, sonra isə uğursuzluğa görə Rusiyanı günahlandırmaq.
Digər rusiyalı analitik Georgi Bovt ərazilər məsələsini və Rusiyanın iştirakı olmadan ələ keçirilmuş Zaporojye AES-ini Ukraynanın ABŞ ilə birgə işlətmək istəyini şərh edib.
- Plan ərazi və ya Zaporojya Atom Elektrik Stansiyası (AES) ilə bağlı heç bir kompromis təklif etmir. Ərazi məsələsinin həll olunmaması bu planı həyata keçirmək mümkünsüz edir”, - ekspert vurğulayıb.
Nəşrin hesablamalarına görə, Rusiya bu planı rədd edə bilər. Çünki onun iqtisadiyyatı indiyədək müharibəyə tab gətirib və müharibəyə cəlb olunanların davamlı axını cəbhədəki itkiləri ödəməyə imkan verir. Digər tərəfdən, Vaşinqtonla işgüzar münasibətləri davam etdirmək və sanksiyaları gücləndirməmək üçün Moskva sülh danışıqlarında maraqlıdır.
Bəzi ekspertlərin iddiasına görə, danışıqların davam etdirilməsini taktiki səbəblər şərtləndirir.
“Moskva Vaşinqtonla dialoqu davam etdirməkdə, yeni sanksiyalar riskini azaltmaqda və sülh prosesinin pozulmasına görə məsuliyyətdən yayınmaqda maraqlıdır. Kreml planın müzakirəsindən xarici siyasət aləti kimi istifadə edir, real kompromislərə getmək və ya hazırkı şərtlərlə müharibəyə son qoymaq istəmir”, - analitiklər bildirirlər.
Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi Rusiya rəhbərliyinə yaxın mənbəyə istinadən Kremlin Zelenskinin irəli sürdüyü yenidən işlənmiş 20 bəndlik sülh planını rədd etdiyini və ona yenidən baxılmasında israr etmək niyyətində olduğunu yazmışdı.
Agentliyin mənbəsinin sözlərinə görə, sənəd Moskvada gələcək danışıqlar üçün “başlanğıc nöqtəsi” kimi nəzərdən keçirilir, lakin sənəddə bir sıra müddəalar yoxdur və Rusiya tərəfinin fundamental saydığı bir çox suallara cavab verə bilmir.
Kreml, xüsusilə Ukrayna Silahlı qüvvələri üçün daha sərt məhdudiyyətlərə nail olmaq niyyətindədir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri