Nyu York meri DÇ 2026 nın yarımfinal matçını həbsxanada izləyib
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Nyu-York şəhərinin meri Zohran Mamdani Raykers adasındakı cəzaçəkmə müəssisəsində olub və orada saxlanılan şəxslərlə birgə 2026-cı il dünya çempionatının İngiltərə və Argentina yığmaları arasında keçirilən yarımfinal qarşılaşmasını izləyib.
Moderator.az xəbər verir ki, bu barədə AP xəbər agentliyi məlumat yayıb.
"Bu insanlar Nyu-York sakinləridir və azadlığa çıxdıqdan sonra da Nyu-York sakini olaraq qalacaqlar", - deyə Z.Mamdani qeyd edib.
Yaxşı davranış nümayiş etdirdiklərinə görə 100-dən artıq məhkuma futbol matçına baxmaq icazəsi verilib. Bu məqsədlə idman zalında xüsusi proyektor quraşdırılıb və keyterinq şirkəti tərəfindən qəlyanaltılar təşkil olunub. Mer, həmçinin məhbuslarla söhbət edib.
Qeyd edək ki, sözügedən yarımfinal oyununda Argentina İngiltərə komandasına 2:1 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 İyul 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















