Icma.az
close
up
RU
Nyu Yorkda Aida Mahmudovanın “Eyni səma altında” adlı fərdi sərgisi açılıb

Nyu Yorkda Aida Mahmudovanın “Eyni səma altında” adlı fərdi sərgisi açılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Səma yerə söykənir, yer isə sükuta - Adonis, “Səhra” (1960)

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 20-də tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Eyni səma altında” adlı fərdi sərgisi Nyu-Yorkda (ABŞ) yerləşən Sapar Contemporary Art Gallery-də açılıb.

AZƏRTAC xəbər verir ki, yerin hər bir zərrəsi özündə zamanın səssiz izini daşıyır. Hər bir zərrə özündə işığın, eroziyanın və transformasiyaların yaddaşını, eləcə də insanın və geoloji tarixin arxivini qoruyub saxlayır. Rəssam Aida Mahmudovanın əsərlərində səma ilə yer arasındakı məkan həm diqqət, həm də bədii araşdırma predmetinə çevrilir. Burada materiallar sanki “danışmağa” başlayır: şirənin parıltılı səthi, daşın iti ucları və ya qumun sayrışması landşaftı üzə çıxarır. Burada material həm şahidə, həm də bir səsə çevrilərək yer, vücud, zaman, yaddaş və məkan arasındakı incə bağlılıqları ötürür.

“Daş səyyahlar” (2025) silsiləsinə aid olan heykəltaraşlıq nümunələri keramika və təbii daşın kəsişmə nöqtəsinə həsr edilmiş, illər boyu aparılan tədqiqat prosesinin nəticəsidir. Bu layihə rəssamın 2024-cü ildə yaratdığı material laboratoriyasında ərsəyə gəlib və regiondakı sürətli urbanistik transformasiyaları əks etdirməklə yanaşı, mədəni irsin spekulyativ, gələcəyə yönəlmiş bir təcrübə kimi yenidən mənalandırılmasına imkan yaradır. Ənənəvi keramika texnikalarını inkişaf etdirən Aida Mahmudova, materiyanın zamanı, prosesi və dəyişikliyi necə qeydə aldığını öyrənmək üçün, əlkimya və biokimyəvi yanaşmaları birləşdirir.

Keramika əsərləri neft, kül, balıqqulağı, qum, gil və daş kimi yerli materiallardan istifadə etməklə, əllə hazırlanmış şirə ilə örtülmüşdür. Nəticə etibarilə, bu əsərlərə unikal forma verməklə yanaşı, onları yerli landşaftın ayrılmaz hissəsinə çevirir.

Rəssam öz ilhamını anım, xatirə və oriyentir kimi istifadə olunan, şaquli yığılmış sütunvari daş obyektlərdən götürüb. O, bu formaları yenidən kəşf edərək, onları şəxsi xatirələrin və duyğuların sığınacağına çevirir. Bu ənənəvi daş konstruksiyalar zamanın dinamikasını ifadə edir və rəssamın özü üçün də bir növ naviqasiya daşları rolunu oynayır. Onlar həm məhrəm, həm də rəmzi ərazini əks etdirir və Azərbaycanın mifoloji daşları ilə, məsələn, bir zamanlar qadınların (əsasən də ana olmaq istəyənlərin) ziyarət etdikləri və bərəkət, məhsuldarlıq, habelə yenilənmə mənbəyi hesab edilən müqəddəs “Pirvənzəri” daşı ilə səsləşir. Bu üsulda şəxsi xatirələr əcdadların ritualları və landşaftla ahəngdar şəkildə birləşir.

Öz heykəltaraşlıq təcrübəsi ilə paralel olaraq, Aida Mahmudova “Üzən torpaqlar” (2025) silsiləsinə aid yeni tekstil əsərlər təqdim edir. Bu silsilə rəssamın yaradıcılıq səyahətləri və müşahidələri zamanı təbiət və sənaye məkanlarında spontan şəkildə çəkdiyi fototəsvirlərin əl ilə hazırlanmış bədii çap nümunələrindən ibarətdir. Çap və tikmə prosesləri vasitəsilə xam, təbii parçaya köçürülmüş təsvirlərin səthi taktilliyini qoruyur və eyni zamanda məkanla zamanın izlərini özündə əks etdirir. Daşların, karxanaların, elektrik xətlərinin, meşələrin və çay məcralarının görüntülərini yanaşı göstərən rəssam, təbii və sənayeləşmiş mühitlər arasındakı sərhədlərin necə dəyişdiyini üzə çıxarır və landşaftı daim transformasiyalara məruz qalan bir arxiv kimi yenidən düşünməyə səsləyir.

“Eyni səma altında” sərgisi 2026-cı il yanvarın 16-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri