Icma.az
close
up
RU
Nyu Yorkda misli görünməmiş şaxta: Hudzon çayı dondu FOTO

Nyu Yorkda misli görünməmiş şaxta: Hudzon çayı dondu FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin Nyu-York şəhərində güclü qar və rekord dərəcədə aşağı temperatur nəticəsində məşhur Hudzon çayının bəzi hissələri donub, suyun üzərində nəhəng buz kütlələri yaranıb.

Milli.Az xəbər verir ki, ölkə daxilində 11 mindən çox uçuş ləğv edilib, 13 mindən çox reys isə təxirə salınıb.

Nyu-Yorkda dondurucu şaxtalar səbəbindən küçədə qalan 5 evsiz şəxs donaraq ölüb.

Şiddətli qış şərtləri səbəbindən Tennessi və Missisipi başda olmaqla, ölkə üzrə təxminən 920 min insan işıqsız qalıb.

Nyu-York qubernatoru Keti Hokul ştatın son illərin ən uzun və ən şiddətli qışını yaşadığını bildirib. Kanada sərhədinə yaxın bölgələrdə temperatur rekord həddə -37 və -45 dərəcəyə qədər düşüb. Bəzi bölgələrdə hiss edilən temperaturun -47 dərəcə olduğu qeyd edilir. Qubernator vəziyyəti "qəddar və təhlükəli bir Arktika mühasirəsi" kimi xarakterizə edib.

Nyu-York meri Zohran Mamdani mətbuat konfransında bildirib ki, şəhərdə qar örtüyünün hündürlüyünün 30 santimetrə çatacağı gözlənilir. Təhlükəsizlik məqsədilə sabah bütün məktəblər bağlanacaq və dərslər onlayn formata keçiriləcək.

Evsizlər üçün şəhər üzrə 10 müvəqqəti sığınacaq və isinmə mərkəzi fəaliyyətə başlayıb. Mer qeyd edib ki, bura müraciət edən heç kim geri çevrilməyəcək.

ABŞ Milli Hava Proqnozu Xidməti xəbərdarlıq edir ki, hazırda 213 milyon insan (ölkə əhalisinin böyük hissəsi) təhlükəli buzlanma və qar fırtınası zonasındadır. Fırtınanın sabaha qədər davam edəcəyi, ardınca isə daha kəskin şaxtaların gələcəyi gözlənilir. Bu da infrastruktur və nəqliyyatda ciddi problemlərin bir neçə gün daha sürəcəyi deməkdir.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Yanvar 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri