Nyu Yorkda təhlükəli epidemiya: İkinci ölüm halı qeydə alındı
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Nyu-York şəhərinin Yuxarı İst-Sayd rayonunda legionelloz xəstəliyinin yayılması nəticəsində ikinci ölüm halı qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "New York Post" qəzeti səhiyyə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, son günlər yeni yoluxma hallarının sayında müşahidə olunan azalma infeksiya mənbəyinin, böyük ehtimalla, aradan qaldırıldığını göstərir. Xəstəliyin törədicisi olan bakteriyanın izləri bir neçə obyektdə, o cümlədən "Spence School" məktəbində aşkarlanıb. pizza
Səhiyyə orqanları Manhettendə yerləşən bu rayonda legionellozun ilk qurbanı barədə bir gün əvvəl məlumat vermişdilər. Nəşrin yazdığına görə, şəhərdə indiyədək ən azı 72 yoluxma halı qeydə alınıb, 50-dən çox şəxs isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Legionella pneumophila" bakteriyası ilk dəfə 1977-ci ildə müəyyən edilib. Buna səbəb 1976-cı ildə ABŞ-də keçirilən legionerlərin toplantısından sonra baş vermiş ağır pnevmoniya alovlanması olub. Məhz buna görə xəstəlik sonradan "legionerlər xəstəliyi" adlandırılıb.
Mütəxəssislərin bildirdiyinə görə, legionelloz əsasən bakteriya ilə çirklənmiş su aerozollarının tənəffüs edilməsi nəticəsində yayılır. Bundan başqa, yoluxmuş suyun və ya buzun tənəffüs yollarına düşməsi də infeksiyaya səbəb ola bilər. Bu risk xüsusilə stasionar müalicə alan xəstələr üçün daha yüksək hesab olunur./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 19 İyul 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















